"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsi Rusiya lideri Vladimir Putinə ABŞ xüsusi xidmət orqanlarının hədiyyəsidir".

Gürcüstan KİV-nin məlumatına görə,  bu bəyanatla Ukrayna Ali Radasının müxalif "Həyat üçün” Partiyasının deputatı İlya Kiva çıxış edib. “Saakaşvili ilə bağlı baş verənlər Amerika xüsusi xidmət orqanlarının Vladimir Putinə hədiyyəsidir. Ona (Saakaşviliyə) deyiblər ki, “səninlə bağlı hər şey yaxşı olacaq, gəl”. Onun üçün dəhliz yaratdılar. Çünki Gürcüstanda olduğu kimi bizim ölkəmizdə də hər şeyə Dövlət Departamenti nəzarət edir. Buna görə dəhliz təşkil edildi və Mişa ona heç bir şey olmayacağına əmin olaraq yola düşdü. Məsələ belədir", - deyə Kiva “Birinci müstəqil” telekanalının efirində deyib.

Deputat hesab edir ki, Saakaşvilinin həbsi "Gürcüstanın 2008-ci ildə Cənubi Osetiyaya hücumu"nun bir növ təzminatı oldu.

Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tibilisidə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.

"TEZADLAR.AZ"

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN