booked.netbooked.net booked.net  

680-ci ilin 10 oktyabr tarixində İraqın Kərbəla şəhəri yaxınlığında Məhəmməd peyğəmbərin nəvəsi Həzrət Hüseyn və yaxınları xəlifə Yezidin əsgərləri tərəfindən qətl edildi.

  Bu hadisə tarixə "Kərbəla müsibəti" olaraq düşdü.

  1780-ci ilin 10 oktyabrında Karib hövzəsində çıxan qasırğada təxminən 20 min adam həyatını itirdi.

***

  10 oktyabr 1911-ci ildə Çində Sun Yat Senin rəhbərliyilə respublikaçılar Mancur sülaləsini devirdi.

***

  1918-ci il oktyabrın 10-da Bakı Şəhər İdarəsi tərkibində yanğınsöndürmə komandası təsis edildi.

  Azərbaycan prezidentinin 2002-ci il 5 oktyabr tarixli sərəncamı ilə hər il 10 oktyabr Yanğınsöndürənlərin Peşə Bayramı olaraq keçirilir.  

***

  10 oktybar 1933-cü ildə “United Airlines” hava şirkətinə məxsus təyyarədə təxribat törədildi. Bu, təxribatla endirilən ilk mülki təyyarə olaraq aviatarixə düşdü.

***

  1944-cü ilin 10 oktyabrından 800 qaraçı uşaq sistemli şəkildə alman faşistləri (nasistlər) tərəfindən Polşada Osventsim (Auschwitz) toplama düşərgəsində öldürüldü.

***

  Bu gün Fici əhalisi milli bayramını – istiqlaliyyət gününü qeyd edir.

  Sakit okeanın cənub-qərbində, Melaneziya ilə Polineziya sərhəddində yerləşən bu ölkə Böyük Britaniyanın müstəmləkəsindən qurtularaq 1970-ci il oktyabrın 10-da müstəqilliyini qazanıb.

  Paytaxtı Suva şəhəri olan Fici 4 böyük və 318 kiçik adadan ibarətdir. Ölkə iqtisadiyyatının əsasını şəkər qamışı və kokos palması istehsalı təşkil edir.

***

  10 oktybar 1986-cı ildə Salvadorda baş verən 7,5 bal gücündə zəlzələ zamanı 1500 nəfər həyatını itirdi.  

***

  2015-ci ilin 10 oktyabrında Türkiyənin paytaxtı Ankarada keçirilən Əmək, Sülh, Demokratiya mitinqi ərəfəsində 2 ayrı-ayrı partlayış oldu: 102 adam həyatını itirdi, 391 nəfər yaralandı.

***

  10 oktyabr 2017-ci ildə Amerika Birləşmiş Ştatları Türkiyə vətəndaşlarının viza müraciətlərini qəbul etməyincə Türkiyə də cavab olaraq ABŞ vətəndaşlarının viza müraciətlərini təxirə saldı.

***

10 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, məhşur İtaliya bəstəkarı Cüzeppe Verdi (Giuseppe Verdi) 1813-cü ilin bu günü anadan olub.

  15 yaşından yaradıcılığa başlayan Cüzeppenin 26 yaşında (1839) “Oberto” adlı operası tamaşaya qoyulub.

  Cüzeppe Verdinin “Aida”, “Traviata”, “Roqoletto” operaları dünya səhnələrində bu gün də uğurla nümayiş etdirilir. (1813-1901)

***

  Norveç səyyahı, okeanoqraf, ictimai xadim Frityof Nansen (Fridtjof Nansen) 1861-ci ilin 10 oktyabrında dünyaya gəlib.

  Nansen 1888-ci ildə ilk dəfə xizəklə Qrenlandiyanın cənubundan keçib. “Buzlar arasında hərəkət edən gəmi ilə Şimal qütbünə çatmaq” layihəsini ilk dəfə o irəli sürüb və həyata keçirib. Alim 1922-ci ildə Nobel mükafatına layiq görülüb. (1861-1930)

***

  Azərbaycanda ərəbşünaslığın banilərindən olan Ələsgər Məmmədov 1919-cu ilin bu günü Bakıda anadan olub.

  Azərbaycan Pedoqoji İnstitutu və Xarici Dillər İnstitutunun Şərqünaslıq fakültəsini bitirib. Uzun illər alman dili müəllimi və ərəb dili üzrə tərcüməçi işləyən Ə.Məmmədov 1945-1947-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində baş referent vəzifəsində çalışıb. O, 27 yaşından (1946) ömrünün sonunadək ərəb dili qrammatikasının tədrisi ilə məşğul olub və yüksək səviyyəli kadrların hazırlanmasında böyük xidmətlər göstərib.

  Ələsgər Məmmədov 30-dək ərəb dili dərsliyi və dərs vəsaitinin müəllifidir. Rus dilində yazdığı “Arabskiy yazık” (Арабский язык) dərsliyindən Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə bu gün də istifadə olunur.

  Azərbaycanın məşhur dil alimi Nürnberq beynəlxalq hərbi tribunalında alman dilindən tərcüməçilik edib. (1919-2000)

***

   Qeyri-xətti analiz və hesablama riyaziyyatı sahəsində Azərbaycanın dünyada tanınan alimlərindən olan professor Yəhya Məmmədov 1930-cu ilin 10 oktyabrında anadan olub.

  Müxtəlif ölkələrdə çap edilmiş 100-dən çox elmi məqalə, 7 monoqrafiya, 5 dərslik və dərs vəsaitinin müəllifi olan Y.Məmmədov elmi fəaliyyətinə görə SSRİ-nin “Akademik Vavilov” medalına layiq görülüb, sonralar isə ABŞ-ın Minnepolis şəhərinin fəxri vətəndaşı seçilib. (1930-2000)

       ***

 Təqdim etdi: Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN