İranın futbol üzrə milli komandasının baş məşqçisi Karluş Keyroz ona ölkəsindəki vəziyyətlə bağlı sual verən britaniyalı jurnalisti tənqid edib.

"Niyə belə sualları Qaret Sautqeytə (İngiltərə millisinin baş məşqçisi - red) vermirsiniz? Mən sizə bir sual vermək istəyirəm. Bunu başqa məşqçilərə vermək düzgündürmü?",- deyə portuqaliyalı məşqçi qeyzlənib.

Britaniyanın “Evening Standard” qəzetinin məlumatına görə, o, həmçinin jurnalisti Sautqeytdən İngiltərə və ABŞ-ın Əfqanıstandan çıxarılması barədə soruşmağa dəvət edib...

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2011-ci ildən İran milli futbol komandasının baş məşqçisidir.

 Xatırladaq ki, sentyabrın 13-də İranın əxlaq polisi 22 yaşlı Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxarkən hicabı "düzgün" geyinmədiyinə görə saxlayıb. Polis ona deyib ki, bacısını  “təkrar təhsil” sahəsindəki dərsə aparacaqlar və buraxacaqlar. Sahədəki yerindən qız xəstəxanaya aparılıb və daha sonra orada dünyasını dəyişib. Aminin ürək xəstəliyi olmadığı üçün qohumları polisi qətldə şübhəli bilirdilər. Ölüm günü, sentyabrın 16-da İranda bu günə qədər davam edən və onlarla şəhəri əhatə edən ilk etirazlar başladı.

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bəyan edib ki, İranda etiraz aksiyaları zamanı uşaqlar da daxil olmaqla 14 min nəfər saxlanılıb, 300-dən çox insan qətlə yetirilib - onlardan 40-ı uşaqdır.

Lakin İran rəsmiləri həbs edilənlərin bu rəqəmdən daha çox az olduğunu bildirilər…

Dəhşətlisi budur ki, İranın hazırki hakimiyyəti insanların azad yaşamaq istəyini qana boğaraq həll etməyə çalışır və bu dəhşətlərdən soydaşlarımızın daha çox acı çəkdiyi söylənilir.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev də  noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında İranda baş verənlərə, həmçinin İran rəsmilərinin ölkəmizə qarşı son dövrlər kin və nifrət dolu hərəkətlərinə toxunub. O, çıxışı zamanı İranın diqqətinə çatdırıb ki, “Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA