booked.netbooked.net booked.net  

Ukrayna prezidenti Vladimir Zelenski Krımın işğaldan azad edilməsini nəzərdə tutmayan müharibəni bitirmək variantlarını nəzərdən keçirməklə vaxt itirməməyə çağırıb...

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, onun “Financial Times” qəzetinə müsahibəsində dediyi kimi, o, Krımın qeyri-hərbi yolla qaytarılması variantlarını da nəzərdən keçirməyə hazırdır. “Mən başa düşürəm ki, hamı vəziyyətdən və Krımın başına gələnlərdən məəttəl qalıb. Əgər kimsə bizə Krımı qeyri-hərbi yolla işğaldan çıxarmaq üçün bir yol təklif etməyə hazırdırsa, mən yalnız onun tərəfdarı olacağam ...".
Nəşr onu da qeyd edir ki, bəzi Qərb ölkələri Ukraynanın Krımı işğaldan azad etmək cəhdinin Rusiya tərəfindən təhlükəli eskalasiyaya səbəb ola biləcəyindən narahatdırlar. Qərbdə qorxurlar ki, bu, hətta Moskvanın nüvə silahından istifadəsinə gətirib çıxara bilər. Zelenski qeyd edib ki, Krımın taleyi beynəlxalq gündəmdədir. O, həmçinin xatırladıb ki, Rusiyanın Ukraynanın mülki infrastrukturuna zərbələr endirməsi Kremlin müharibəyə son qoymaq üçün danışıqlar aparmaq niyyətində olmadığını göstərir.

Müharibə isə davam edir. Rəsmi Moskva isə hələki Zelenskinin bu bəyanatına reaksiya verilməyib...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN