Ukraynada müharibə başlayandan Rusiyadan başqa ölkələrə gedən rusların sayı milyonlarla ölçülür...

Problem ondadır ki, indi onlar geri-öz ölkələrinə qayıtmaq istəmirlər... Tezadlar.az “Reuters” xəbər agentliyinə istinadla bildirir ki, agentlik  müharibə başlayandan sonra Gürcüstana axın edən Rusiya vətəndaşları barədə sorğu aparıb. Telekanal "Gürcüstana üz tutan ruslara geri vətənlərinə qayıtmaq barədə düşünürlərmi?", - deyə sual ünvanlayıb. Rusiya vətəndaşları isə Gürcüstandan geri qayıtmağa tələsmədiklərini və bu barədə ümumiyyətlə hələ düşünmədiklərini qeyd ediblər. Məlumatda bildirilir ki, Rusiya Ukraynadakı döyüş meydanında yaşanan uğursuzluqlarla bağlı sentyabrın 21-də hərbi xidmətə çağırış elan etdikdən sonra yüz minlərlə kişi cəbhəyə göndərilməmək üçün Gürcüstan, Ermənistan və Qazaxıstan kimi ölkələrə üz tutublar. Agentlik onu da qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 110 mindən çox rusiyalı təkcə Gürcüstana qaçıb.

 Maraqlıdır ki, Gürcüstana gələn ruslar burada daşınmaz əmlak almaqda liderlik edirlər. Bu isə o deməkdir ki, onlar Gürcüstanda birdəfəlik qalmaq fikrindədirlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA