Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasına dövlət səfəri zamanı bildirib ki, Qərbin Rusiyaya məxsus hər şeyi məhv etmək istəyi ilə Ukraynadakı müharibə hibrid xarakter daşımağa son qoyur...

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Lavrov “hibrid müharibə” deməklə, əslində, Qərbin Ukraynada “hər şey rusların”un məhv edilməsini dəstəkləməsi ilə əlaqələndirib. Ukraynadakı hadisələr kontekstində artıq Qərbin Rusiyaya qarşı “demək olar ki, real” müharibəsindən danışmaq olar, bu hibrid deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrov cənubi afrikalı həmkarı Naledi Pandor ilə danışıqların yekunlarına dair mətbuat konfransında belə bildirib.  Həmçinin rbc.ru xəbər verir ki, yayım nazirliyin YouTube kanalında olub. “...Ukraynada baş verənlərdən danışarkən, bunun artıq hibrid müharibəsindən deyil, Qərbin uzun müddət Rusiyaya qarşı hazırladığı, demək olar ki, real müharibə olmasından danışırıq. Rus dilini məhv edin: əsrlər boyu Ukraynada mövcud olan dildən tutmuş mədəniyyətə və insanlara öz ana dilində danışmağı qadağan edənə qədər”.

Lavrovun sözlərinə görə, Qərb Ukraynada rus dilinə qarşı tətbiq edilən repressiv qanunları (onun təbirincə, təhsili, gündəlik həyatda və mediada istifadəsini qadağan edən), rus dili ilə bağlı “mədəni təmaslara” qadağaları, habelə "neo-nasistlərin yürüşləri" həyata keçirir. Sergey Lavrov həm də onu vurğulayıb ki, Moskva danışıqlardan imtina etmir, lakin Qərb danışıqlardan nə qədər uzaqlaşarsa, münaqişənin həlli yolunu tapmaq bir o qədər çətinləşəcək.

Müharibə isə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA