booked.netbooked.net booked.net  

 Peskov da bu cəhdi mümkünsüz hesab etmir...

*** 

“Kiyev rejimi terror aktlarının təşkilində iştirak edir və heç nədən çəkinmir, bu, Rusiya Federasiyasının özünü qorumaq üçün seçdiyi yolun düzgünlüyünü təsdiqləyir".

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çərşənbə günü jurnalistlərə müsahibəsində Kiyev rejiminin terror aktlarının təşkilində iştirak etdiyini və heç nədən çəkinmədiyini, bu halın Rusiya Federasiyasının özünü qorumaq üçün seçdiyi yolun düzgünlüyünü təsdiqlədiyini bildirib.

O, Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyakın Kiyevin Moskva, Sankt-Peterburq və Yekaterinburqa zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə bəyanatını şərh edib.

“Dünən biz sizinlə Ukrayna rejiminin, Kiyev rejiminin terror aktlarının təşkilində iştirakı faktlarını, o cümlədən Duqinanın Moskva vilayətində törədilmiş dəhşətli terror aktını xatırladıq. Aydındır ki, Kiyev rejimi heç nədən çəkinmir. Nə olursa olsun, bu, seçdiyimiz yolun düzgünlüyünü və özümüzü belə təhlükədən qorumaq niyyətlərimizin düzgünlüyünü bir daha təsdiqləyir”, - Kreml sözçüsü bildirib.

Qeyd edək ki, bir gün əvvəl Peskov bəyan edib ki, Kiyevin Daria Duqinanın qətlində və bu kimi cinayətlərdə əli olması ruslara qarşı başqa cəhdlərin mümkünlüyündən xəbər verir.

***

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Rusiyanın Ukraynaya hücumundan dərhal sonra Qərb, Aİ Rusiyanı geri çəkilməyə məcbur etmək üçün 9 ağır sanksiyalar paketini işə salıb. Hələki, bu sanksiyalar paketləri də işə yaramayıb....

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN