Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünə qələbə ilə başlayıb.

Avqustun 6-da Ağdam təmsilçisi yarışın birinci turu çərçivəsində Bakının “Səbail” klubunu qəbul edib.

“Azersun Arena”da keçirilən oyunda “Qarabağ” komandası 3:1 hesablı qələbə qazanıb. UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın heyətində Ramil Şeydayev dubl edib, Musa Qurbanlı isə fərqlənib. “Səbail”in qolunu isə Elmir Tağıyev vurub.

Ötən gün birinci tur çərçivəsində oynanılan ilk oyunda Bakının “Zirə” klubu Gəncənin “Kəpəz” komandasını 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura avqustun 7-8-də keçiriləcək "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 November 2023
By Elçin Məmmədli
IMAGE
BAYRAĞIM
Wednesday, 08 November 2023
By Şakir Qurbanov

İDMAN