Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilib. Ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər reallaşıb.

Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, namizədlərin çıxışlarından sonra FIDE prezidenti və üç vitse-prezident postuna seçkilər keçirilib. Ən çox səs toplayan FIDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, hindistanlı dünya çempionu Vişvanatan Anand növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçiliblər.

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA