"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Tezadlar.az CBC -İdman-a istinadla xatırladır ki, komanda G qrupundakı II sınağında Fransa "Nant"ını qəbul edəcək. Bakıda Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayacaq. Görüşü Enea Yorqyinin başçılıq etdiyi albaniyalı hakimlər briqadası idarə edəcək. 
UEFA Avropa Liqası

Qrup mərhələsi, II tur

15 sentyabr

20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa)

Baş hakim: Enea Yorqyi (Albaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: "Frayburq" - 3. "Nant" - 3. "Qarabağ" - 0. "Olimpiakos" - 0.

Qeyd edək ki, qrupun digər matçında "Frayburq" "Olimpiakos"un qonağı olacaq.

Komandamıza uğurlar arzulayırıq. Bu qələbə Qarabağ cəbhəsində  baş vermiş erməni təxribatının nəticəsi olaraq şiddətli döyüşlərdə düşmənə ağır zərbə vurduğumuz bir vaxtda xüsusilə vacibdir, siyasi mənası var.

A.Məmmədli

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA