booked.netbooked.net booked.net  

Yaxın tariximizdəki önəmli ildönümlərindən biri, şühəsiz ki, 14 iyuldur. Düz 2 il öncə, bu günlərdə, erməni təcavüzü yenidən "xortlamış",  Vətən və onun övladları, yeni sınaq qarşısında qalmışdılar. Düşmən, daha hesablı və dəqiq planlarla, bu dəfə Qarabağı deyil, cəbhə bölgəsindən çox uzaqda yerləşən Tovuzu hədəf almışdı. Məqsəd isə beynəlxalq enerji və kommunikasiya qovşağı olan və Ermənistana ən yaxın bölgələrdən biri olan bu həssas ərazilərdə, təxribat və böhran yaratmaq idi.
Darda olan Vətən, yağının bu təcavüzünü dəf etmək üçün övladlarını köməyə səslədi və.şücaətli oğullar, yağının qarşısında öz canı bahasına durdular.
Sözsüz ki, "Tovuz döyüşləri"ndə itirdiyimiz övladlar içində 14 iyul tarixində şəhid olan general Polad Həşimov, bir simvolikaya çevrildi. Məhz onun itkisi, geri qalan 10 milyonun intiqam atəşini yenidən alovlandırdı və Vətən savaşı üçün geridönülməz proseslərin əsasını qoydu.
Minlərcə oğul, hərbi komissarlıqlara müraciət edərək, Ana Vətənin harayına qoşulmağa çalışdılar. Onlardan biri də Teymur Rəsulov adlı igid idi.
Bəribaşdan qeyd edək ki, qəhrəmanımız, ilk dəfə hələ 2010-cu ildə, əsgər yoldaşı, miilli qəhrəman Mübariz İbrahimovun yaşadığı məşum hadisələrlə, ümidlənmiş və Qarabağ üçün savaşa hazırlanmışdı.
Amma, 10 il sonra, bu dəfə ümidi doğrulacaqdı və ümumillli qurtuluş savaşı reallaşacaqdı. Bəli, 27 sentyabr 2020-ci ildə başlanan 2-ci Qarabağ müharibəsi ilə, Teymur, müharibəyə getmək üçün yenidən komissarlığa müraciət edir, lakin rədd cavabı alır. Ancaq, uzun cəhdlərdən sonra istəyinə çatır və Vətənin müdafiəsinə qoşula bilir. Beləliklə, Cəbrayıl, Füzuli, Xocavənd uğrunda böyük rəşadətlə vuruşan Teymur Rəsulov, oktyabrın 18-də Şüşa-Hadrut döyüşlərində, arzusuna çatır.
İxtisasca peşəkar mühandis olan, eyni vaxtda da publisist və şair kimi məziyyətlərə sahib, yüksək savadlı igidimizin müharibə başlanan gün yazdığı məqaləni, onun həyatının dastanı hesab etmək olar. Həmin təsirli yazı əsasında hazırlanan filmi, ictimaiyyətə təqdim edirik
"Təhsil Araşdırmalar Mərkəzi" hesab edir ki, şəhidliyin fəlsəfəsini izah edən bu əsəri, hər birimiz izləməli və düşünməliyik.
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN