booked.net booked.net  

Sumqayıt Dram Teatrının aktyorları əməkhaqlarının gecikməsindən şikayətçidirlər.

"Xəzərxəbər"in məlumatına görə, onlar iddia edirlər ki, vəziyyətin bu həddə çatmasının səbəbi teatrın rəhbərsiz qalmasıdır.

Aktyorların sözlərinə görə, son 7 aya qədər maaşlarını normal şəkildə kart vasitəsilə alıblar. Ancaq 7 aydır direktor olmadığına görə əməkhaqları hər ay gecikir. Direktoru əvəz edən müavinin səlahiyyəti isə bu məsələdə məhduddur.

Onlar teatrda vəziyyətin heç də ürəkaçan olmadığını, hətta bir gün ac-susuz tamaşada oynamaq məcburiyyətində qaldıqlarını bildiriblər..

Teatrın aktyorları qarşılaşdıqları problemlə bağlı kütləvi şəkildə Mədəniyyət Nazirliyinə videomüraciət ünvanlayıblar.

Sumqayıt Regional Mədəniyyət İdarəsindən isə bildirilib ki, teatr Mədəniyyət Nazirliyinə tabe olduğu üçün məsələnin həlli onların səlahiyyətlərini aşır.

Problemlə bağlı Mədəniyyət Nazirliyinə müraciət isə cavabsız qalıb.

TEZADLAR.AZ mövzu ilə bağlı həmin videomaterialı təqdim edir:

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA