Xarici ölkədən elektron poçtunuza guya hansısa ölmüş dədəsindən qalmış pulu ikinci ölkə vasitəsilə əldə etmək üçün sizə inandığı haqqında məktub və təklif, yaxud telefonunuza zəng gəlir, mesaj daxil olur... Əgər bu açıq yalanlara inandınızsa, uduzdunuz... DİN-nin idarə rəisi, polis polkovniki Elşad Hacıyev də bunlar baş verməsin deyə özünün sosial platformasında tövsiyyələrini paylaşıb. Tezadlar.az təqdim edir: "...Cinayətkar qruplar xarici nömrələr vasitəsilə ayrı-ayrı vətəndaşlara zənglər edərək onların bank kartı məlumatlarını əldə etməklə hesablarında olan vəsaitləri kiber üsullarla talamaqda davam edirlər. Mayın 18-19 tarixlərində vətəndaşlara aid 9604, 6500, 5075, 2720, 1700, 1700, 1432, 1347, 1340, 1200, 1123, 975, 560, 490, 460, 400, 318, 300, 250, 160, 100, 43 vəsaitlər oğurlanıb. Bütün faktlar bir üsulla – şəxsi məlumatları vətəndaşların tanımadığı şəxslərə verməsi nəticəsində baş verib. Ən yüksək məbləğ, “faiz hesablanmadan əlavə kredit xətti açılması” ilə bağlı 9604-dır, “bankdandır, karta müdaxilə var, hesabınızdan pul oğurlanma riski yaranıb, aradan qaldırmağa çalışırıq”, -deməklə 6500 manat pul da çıxarılıb. Digər faktlar da eyni məzmunludur.
Hesabınıza kimsə pul köçürmək istəyirsə, 16 rəqəmdan əlavə məlumatları verməyin. Əgər hər hansı cəlbedici təkliflərə inanmaq istəyirsinizsə, müştərisi olduğunuz bankla əlaqə saxlayın, informasiyanı yoxlayın, əks halda pul vəsaitinizi itirəcəksiniz!".
Kiber cinayətkarların qurbanı olmaq istəmirsinizsə, bunları bir daha unutmayın...
A.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN