booked.netbooked.net booked.net  

Üçü birində bəstəkar, müğənni, şairə və hər üçündən ala-yarımçıq olan Elza Seyidcahan Moskvada toya gedən müğənniləri və onları toya dəvət edən soydaşlarımızı "savadsız" adlandıraraq deyib: "Bayağı mahnı ifaçısı kimi tanınanları dəvət edənlər musiqi savadı olmayanlardır. Buradan bir qaloşla gedib, sonra da meyvə satıb, indi pulları var, o demək deyil ki, musiqini bilir".

P.S. Əvvəla, Elza xanım, Rusiyanın bazarlarında meyvə satan soydaşlarımızın hər biri sənə musiqidən və şeirdən dərs deyər. Onları belə təhqir etmək olmaz. Moskva bazarlarında meyvə satan soydaşlarımız o bayağı mahnı ifaçılarını toylarına dəvət edirlərsə, deməli, onları səndən üstün tuturlar. Yəni onların musiqidən normal səviyyədə anlayışları var. İndi neyləyək ki, bazarlardakı soydaşlarımız toylarında təlxək, kloun yox, musiqiçi görmək istəyirlər. Düzdür, əndrəbadi geyimlərin, saç düzümlərin olsa da, yazdığın şeirlər qatıqologiya və xiyarologiya elmlərinin sintezindən əmələ gəlir ki, nəticədə salatizim adlanan bir cərəyan ortaya çıxır. Bu salatizim adlanan cərəyanın mahiyyətini Yazıçılar Birliyinin rəhbərliyi başa düşür. Amma, ay Elza xanım, bazarlardakı soydaşlarımıza salatizim yox, musiqi ifaçısı lazımdır ki, o da səndə yoxdur. Bu səbəbdən adam əvvəlcə öz gözündəki tiri görər, sonra başqasının gözündə tük axtarar.

***

Müğənni sayılan və elə də tanınmayan Dəniz xanım Firudinli qonaq olduğu "Elcanlı" verilişində bir tamaşaçının ona verdiyi "14 fevral Sevgililər Günündə sənə heç corab alan oldumu"- sualına belə cavab verib: "Mənə ev alan olub, corabı neyləyirəm?"

P.S. Afərin Dəniz xanım, vallah afərin! Hələ müğənni kimi məşhurluq adı ala bilməsə də, artıq sevgilisindən ev ala bilib. Qızda fərasətə bax, mən ölüm. Zamanın nəbzini gör necə tutub e. Yaxşı bilir ki, indi sənətə, mədəniyyətə yox, bədəniyyətə qiymət verirlər. Dəniz xanım da, doğurdan, gözəldir. Belə gözəl 90-60-90 bədən quruluşuna sahib olan xanıma isə, bizim bəzi başı boş, cibləri dolu məmurlar ev də, bağ da, bahalı maşın da, hələ üstəlik, lazım olsa "vertalyot" da alar. Yox balam, bu Dəniz xanım çox fərasətli imiş.

***

Avroviziya təmsilçimiz olmuş Səmra Rəhimli bu günlərdə təqdim etdiyi yeni mahnısına belə şərh yazıb: "Bizi idarə etmək istəyən, dəyişdirmək istəyənləri, biz başqasına dəyişək. Çünki onlar bizim insanımız ola bilməzlər". O, bundan sonra büstqaltersiz geyimi ilə olan şəkilini və videosunu nümayiş etdirib.

P.S. Həə... deməli, bu Səmra büstqaltersiz geyimdə, açıq-saçıq şəklini nümayiş etdirərək deyir ki, "bizi dəyişmək istəyənləri, biz başqasına dəyişək". Bu, o anlama gəlir ki, məsələn, bir nəfər desə ki, "ay Səmra, sən anadan olandan belə sırtıq olmusan, açıq-saçıq geyinmisən, yoxsa səhnəyə gələndən sonra? Bəs əyninə nə vaxt bir abırlı paltar geyinəcəksən?" Onda həmin ağıllı söz deyib Səmranı abırlı, həyalı olmağa dəvət edən adamı isə Səmra dərhal artıq soyunmağı təklif edənə dəyişəcək. Nöşün ki, Səmra əyninə normal paltar geyinmək istəmir dəə... Əşi, nəyimə lazımdır e, istəyir lap anadangəlmə olsun, mənə nə?

***

Müğənni Rahidə Baxışova Zaur Kamalın verilişində özü öz gözəlliyi ilə öyünərək deyib: "Heç bir estetik əməliyyat keçirməmişəm. Üzümü-gözümü dartdırmamışam..."

P.S. Yaxşı, ay Rahidə xanım, bəs haranı dartdırmısan, haranı doldurmusan, haranı şişirtmisən, haranı endirmisən? Axı necə ola bilər ki, müğənni olasan, özünü dəyişdirib, orasına-burasına əl gəzdirərək inkubator cücələri kimi o biri müğənnilərə oxşamayasan? Belə şeymi olar? Özünü dartdırıb-yığdırmadan efirə çıxan müğənniyə sponsor heç bir manat da verməz.    

***

Nikol Paşinyan ötən həftəki çıxışlarının birində konstitusiya dəyişikliyinin vacib olduğunu bildirərək deyib: "Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna uyğunlaşdıracağıq? Bu o deməkdir ki, sülh mümkün deyil. Erməni xalqı nə istəyir?"

P.S. Əvvəla, buna deyərlər, dəlidən doğru xəbər. Nəhayət, Paşinyan başa düşür ki, Ermənistan konstitusiyasında Qarabağa iddia bəndi durduqca, Azərbaycanla sülh mümkün olmayacaq. Bu, çox gözəl. Onsuz da sülh bizdən çox Ermənistana lazımdır. İkincisi isə, "Erməni xalqı nə istəyir" sualı da maraqlıdır. Nikol canı, heç erməni xalqı nə istədiyini özü də bilmir.

***

Bu ilin mart ayında din xadimlərinin attestasiyasının keçirilməsinə, dini məsələlər üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli bir qəzetə verdiyi açıqlamada deyib: "Bir din xadimi insanları qane edəcək bilik səviyyəsinə malik olmayanda, insanların dinə güvəni azalır".

P.S. Ay Rəsul bəy, ay rəhmətliyin oğlu, sən nə qoyub, nə axtarırsan? Bizdə mollaların 90 faizi dini "xədimlərdir". Onların dini bilikləri heç ibtidai sinif səviyyəsində də deyil. Hələ indiyə qədər heç bir yas məclisində bircə nəfər molla görmədim ki, "Qurani-Kərim"də olan göy cisimləri, planetlər, ulduzlar, biologiya, anatomiya, fizika və s. barədə insanlara bilgi verib, dinimizə hörmət qazandırsın. Danışdıqları isə imamların həyatında baş verən mistik hadisələrdir ki, bunları da min dəfələrlə eşitmişik. Birinin də savadı yoxdur ki, "Quran"da ən azı çarşabın olmadığını, yalnız baş örtüyündən söhbət getdiyini insanlara izah etsin ki, 5-6 yaşında olan qız uşağının üz-gözünü bağlayıb, cəhalətə sürükləməsinlər, dinimizi gözdən salmasınlar. "Quran"dan xəbərsiz olan və bir-iki hədis əzbərləyən belə din xadimlərini məclislərə buraxmaq günahdır.

*** 

Mətbuatdan məlum olur ki, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi cəmi 2000 kv.m.-lik qeyri-yaşayış sahəsini 320 min manata aylıq icarəyə götürüb.

P.S. 2000 kv.m.-lik yeri 320 min manata icarəyə verən E.Orucov adlı şəxsin kimliyi və obyektin hansı ünvanda olduğu barədə heç bir məlumat verilmir. Bu obyekt sahibinin kimliyini araşdırsan gedib hansısa bir iribuynuzlu məmurda dayanacağı heç kimdə şübhə doğurmur. O 320 min manat icarə haqqını da, təbii ki, Agentlik öz cibindən yox, dövlətdən ödəyəcək ki, bu da o iribuynuzlu məmurun dövlətin büdcəsini talaması deməkdir. Halbuki o 320 min manatla bəlkə də 10 ədəd belə 2000 kvm-lik sahəsi olan obyekt tikmək olar. Görəsən, dövlətin büdcəsini indiki dövründə belə varvarcasına talayan o iribuynuzlu  məmuru Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin başbilənləri niyə görmürlər?

***

Qəzetlərin birində Qarabağdakı rus sülhməramlılarından bəhs edən yazıya belə başlıq qoyulub: "Rus əsgərlərinin 2025-dən sonra Qarabağda qalmasına nə zərurət ola bilər?.."

P.S. Guya rus əsgərlərinin Qarabağda qalmasına indi zərurət var ki? Çoxdan mürgü vuran əsgərləri evlərinə göndərmək lazımdır.

***

Mətbuatda fevralın 12-də sərhəddə baş verən təxribatlardan bəhs edən yazıda qeyd edilib ki, Ermənistanın "buynuzu yenə qaşınır".

P.S. 44 günlük Zəfərlə başa çatan ikinci Qarabağ müharibəsində Ermənistnın buynuzu sındırıldı. Yəqin indi qaşınan başqa yeridir.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 elcin-mmmdli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN