“Məktəb direktorlarının imtahanında dəyişikliklər edilməlidir”.

Bu fikirləri ümumi təhsil üzrə mütəxəssis Elşən Qafarov bildirib.

Onun sözlərinə görə, xüsusilə direktor müavinlərinin işə qəbulu imtahanları keçirilməlidir:

“ Bununla yanaşı Regional Təhsil İdarələrinin tam formalaşması üçün addımlar atılmalıdır. Struktur idarələrin nizamnamələrinə uyğun təşkil edilməlidir. Təhsil üzrə idarəetmə strukturlarında işləmək üçün ən azı 5 illik məktəb direktoru, yaxud da direktor müavini təcrübəsi olan şəxslər seçilməlidir. Təhsil müəssisələrinin idarəedilməsində yeni mexanizm tapmaq lazımdır. Daha operativ və obyektiv nəzarət sistemi yaradılmalıdır”, - deyə bildirib.

Təhsil mütəxəssisi vurğulayıb ki, hər bir məsləhətçi kurasiyasında olan məktəbə görə birbaşa cavabdehlik daşımalıdır.

Onun fikrincə, məktəbdə baş verənlərə görə, təkcə direktorlar deyil, məsləhətçilər də cavabdehlik daşımalıdırlar: “Bu gün məktəb direktorlarının qanunsuzluqlarına, idarəetmədə yol verdiyi səhvlərə görə direktorların özləri cəzalandırılır. Amma məsləhətçi də məktəbin dövlət qanunlarına uyğun şəkildə idarə edilməsinə görə cavabdeh olmalıdır. Niyə görə heç bir məsləhətçi məktəblərdə baş verənlərə görə məsuliyyət daşımır?”

 Daha sonra mütəxəssis bu istiqamətdə Elm və Təhsil Nazirliyinə kömək etməyə hazır olduqlarını da bildirib.

“Əgər nazirlik istəyərsə, təhsil sisteminin idarəedilməsilə bağlı təkliflərimizi yazılı şəkildə ümumiləşdirib təkliflərimizi verə bilərik”- deyib.

Xatırladaq ki, son vaxtlar, məktəb direktorlarının rüşvət tələb etməsi ilə bağlı səs yazıları yayılır. Və baş verənlərlə bağlı onlar vəzifələrindən uzaqlaşdırılırlar. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA