booked.netbooked.net booked.net  

Bakı Dövlət Universitetinin humanitar fakültələrin əsas auditoriyaları yerləşən əsas binanın təmirə dayandırılmasına başlanılıb...

Tanınmış professor Ədalət Tahirzadə bu tımirin məhz indi həyata keçirilməsini sərt tənqid edib... Tezadlar.az professorun həmin tənqidi statusunu təqdim edir: "...Dərs ilinin vur-çatlasın vaxtında Bakı Dövlət Universitetinin rəhbərliyi humanitar fakültələr yerləşən korpusdan müəllim və tələbələri şəhərin müxtəlif yerlərinə dərbədər edərək binanı təmir etdirir! Soruşan da yoxdur ki, bu təmiri yaya, tətil vaxtına saxlamaq olmazdımı? Həm də bundan daha vacib təmirlər var axı. Məsələn, hamıya bəllidir ki, Universitetin tələbələri yataqxanasızlıq üzündən zülm çəkir. Lənətlə andığımız sovet hakimiyyəti dönəmində ADU-nun 6 yataqxanası vardı və mən də onların birində qalmışam. İndi isə heç biri də yoxdur. Aşağıdakı şəkildə keçmiş yataqxanaların indiki ağlamalı gününü görürsünüz. Nə olardı ki, Universitetin başında oturanlar dərs prosesini pozunca, heç bir ciddi təmirə ehtiyac duymayan binanı təmir elətdirincə bu yataqxana binalarına yeni həyat verəydi və tələbə övladlarımızı cəlayi-vətən olmaqdan qurtaraydı?! Yəqin ki, çox keçmədən biz həmin yataqxanaların da yerində göydələnlər görəcəyik...".

Həqiqətən də bu təmiri havaların isti, tələbələrin yay tətilində olduğu vaxtlarda etmək olmazdımı??? Bu nə qaçhaqaçdır?!

XƏYYAM

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN