booked.netbooked.net booked.net  

"Ali məktəblər bunu bu il də etmədilər".

Nazirlər Kabinetinin 2017-ci il fevralın 8-dəki 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na 5.10-cu bənd əlavə edilib.

TEZADLAR.AZ xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Təhsil eksperti illər öncəsi Nazirlər Kabinetinin tələbə qəbulu qaydalarına əlavə etdiyi bəndi ali məktəb rəhbərlərinə xatırladıb.

"Həmin bənddə deyilir:

“ Ali məktəblərə müsabiqənin nəticələri elan olunduqdan sonra, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlər tərəfindən bu qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır”.

Eyni zamanda 2018-cu ildə “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi, amma hələ də yaradılmayıb"”, - deyə diqqətə çatdırıb.

Kamran Əsədovun sözlərinə görə, uzun illərdir ki, hazırlıq qrupları ilə bağlı məsələnin öz həllini tapacağı, qrupların fəaliyyətə başlayacağı barədə açıqlamalar verilsə də, bu məsələ hər il növbəti ilə saxlanılır və məsələ öz həllini indiyədək tapa bilməyib - DİM Abituriyent jurnalına elan yerləşdirsə belə...

"Hazırlıq qruplarının 2018-ci ildən fəaliyyətə başlayacağını desələr də, sonra 2019-cu ildə mütləq olacağı açıqlanmışdı. 2020-ci ildə pandemiya səbəbindən qaldı, 2021-ci ildə isə bu barədə düşünülürdü. Hətta 2022-ci ildən Dövlət İmtahan Mərkəzi hər il abituriyent jurnalında bu pilləyə qəbul ilə bağlı elanı yerləşdirir, lakin proses həyata keçirilmir", - o deyib.

Ekspert vurğulayıb ki, hər il azı 6-7 min plan yeri ali məktəblərdə boş qalır, həmçinin hər il 20 minə yaxın gənc xarici ölkələrdə təhsil almağa üz tuturlar.

"Boş qalan plan yerləri universitetlər üçün ciddi maliyyə itkisi yaşadır, həmçinin xaricdə təhsil alan tələbələr üçün valideynlərinin göndərdiyi böyük vəsait ölkədən kənara ciddi maliyyə axınına səbəb olur. Bu il müvafiq qurumlar bu istiqamətdə nəsə etməldir", - Kamran Əsədov bildirib.

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN