Bu dəfə Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb.

Tezadlar.az "Ukrainskaya pravda"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk feysbuk hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. Konfrans iyunda Berlində baş tutacaq.

“Ukrayna adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak etməyə və məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizləmə məsələlərində prezident Zelenskinin Ukrayna sülh düsturunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim”.

"Ölkəm adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməyə və Prezident Zelenskinin Ukrayna sülh formulunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim. Məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizlənmə məsələlərində", - o deyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN