Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə xarici agentlərlə bağlı qanun layihəsinə qarşı parlament binası qarşısında mitinq keçirən etirazçıları növbəti dəfə dəstəklədiyini bildirib.

Tezadlar.az Gürcüstanın rəsmi mediasına istinadla xəbər verir ki, Zurabişvili həmçinin etirazçılara müraciət edərək onları təxribat törətməməyə çağırıb. “Mən prezident sarayından axşam baş verənləri izləyirəm və dəfələrlə dediyim kimi sizinlə birgəyəm. Eyni zamanda öz enerjisini bizimlə bölüşən gənclərə müraciət etmək istəyirəm. Elə şeylər var ki, onu etmək lazım deyil. Parlamentin qapılarını buraxın, orada daha heç nə baş vermir - bizim mübarizəmiz seçkilərdə olmalıdır!”. O həmçnin deyib ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Rusiyadan ilhamlanıb və buna görə də, etirazlara səbəb olub.
Prezidentin sözlərinə görə, Gürcüstan vətəndaşları heç kimə Avropa perspektivini və reallığını oğurlamağa imkan verməyəcək. Sitat: "Bəzi müxalifət liderlərinə və gənclərə qarşı zorakılıq tətbiq olundu, lakin bu, Gürcüstan xalqını dayandıra bilməz. Bu, uzun döyüşdür, Gürcüstan əvvəllər dəfələrlə Rusiyanın üstünlüyünü məğlub edib. Bu qanun layihəsinin yenidən gündəmə gətirilməsində vacib odur ki, layihə sırf Rusiyadan ilhamlanıb və etirazlara səbəb olub. Vacibdir ki, bunu müxalifət partiyaları deyil, əhalinin Rusiya təsirinə qayıtmaq istəməyən gənc hissəsi təşkil edib. Biz bu statusu gördük. Namizədlik dekabr ayında verildi ki, Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar ilin sonunda başlaya bilər. Bu reallıqdır və heç kimə perspektivi oğurlamağa imkan verilməyəcək, bu mümkünsüzdür".
Prezident deyib ki, Bidzina İvanişvili elan etdi ki, Qərb, Avropa İttifaqı, bizim tərəfdaşlarımız düşmən, agentdir, Gürcüstanda inqilab təşkil etməyə çalışırlar.

Gürcüstanda isə siyasi vəziyyət getdikcə gərgin xarakter alır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN