booked.netbooked.net booked.net  

Ukraynadakı vəziyyətlə əlaqədar valideynlərindən birini itirmiş daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək.

Nazirlikdən TEZADLAR/AZ-a verilən məlumata görə, uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər. Düşərgə müddətində onlar mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar.

Peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ustad dərsləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN