booked.netbooked.net booked.net  

Son dövrlərin təcrübəsi və edilən müraciətlər də təsdiq edir ki, bir çox idarə və müəssisələrdə: əlillərin əmək fəaliyyətinin dayandırılması üçün müxtəlif bəhanə və qanunsuz hərəkətlərdən istifadə halları daha da artıb.

Bunu “TEZADLAR.AZ”a hüquqşünas Azər Quliyev bildirib.

 “Halbuki, bu sahəni tənzimləyən Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanunu və digər normativ aktlar və dövlət siyasəti də nəzərdə tutur ki, əlillərin normal işləməsi üçün idarə və təşkilatlarda müvafiq şərait, güzəşt və təminatlar yaradılsın.

Əmək münasibətlərində olduqları müddətdə əlil olmaları və əmək fəaliyyətlərinin azalması da bu işçilərlə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi üçün əsas və ya hüquq vermir”, -d deyə bildirib

Hüquqşünas qeyd edib ki, Əmək Məcəlləsinə əsasən də, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.

Azər Quliyev diqqətə çatdırıb ki, bu şəxslərə qarşı olan münasibətlərdə qanunla bərabər, bu insanlara qarşı ədalətli və humanist olmaq, əlilliklə bağlı əmək haqlarında azalmalar olması, uzun müddətə olan ağrıları, müalicə və müayinələri, bahalı dərmanlar və bunlarla əlaqədar çətin həyat şəraitinin yaranmasını da anlamaq lazımdır.

Onun sözlərinə görə, aylarla, illərlə ağır müalicə alan, Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən əlillik təyin edilən işçilərin əlilliyinə, onların ağır vəziyyətinə və ağrılarına belə şübhə ilə yanaşan idarə və təşkilatlarımız, vəzifəli şəxslərimiz də az deyil.

Sonda o, əlavə edib ki, bu  insanları başa düşmək üçün əlil olmağa ehtiyac yoxdur.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN