booked.net booked.net  

Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilməlidir.

Məqsəd göstərilən səhiyyə xidmətləri zamanı tibb müəssisələrində xəstəliklərin diaqnostikasında istifadə olunan klinik-laborator, rentgen aparatları və s. kimi tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyat və sağlamlığına mənfi təsirinin qarşısını almaqdan ibarətdir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tibb fəaliyyəti ilə məşğul olan dövlət və özəl subyektlərin nəzərinə çatdırır ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tibb müəssisələrində tipi təsdiq edilmiş, üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnamə olan tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.

Qeyd edək ki, bu tələblərə əməl etməyən subyektlər barəsində qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, səhiyyə sahəsində ölçmələrin tipi təsdiq edilməmiş və ya yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə etməklə aparılmasına görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunur.

Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində xidmət göstərən subyektlər tibbi ölçü cihazlarını ilkin yoxlamadan və ya dövri yoxlamadan keçirmək üçün bu sahədə fəaliyyət göstərən akkreditasiya olunmuş qurumlara müraciət edə bilərlər.

İstehlakçılara tövsiyə olunur ki, səhiyyə xidmətlərindən istifadə edərkən tibbi ölçü cihazlarının qeyri-dəqiq göstəricilərindən qorunmaq üçün onların yararlılığına dair məlumatları (yoxlama haqqında şəhadətnaməni və ya yoxlama nişanını) tələb etsin, yoxlamadan keçməmiş ölçü cihazları ilə tibbi xidmət almaqdan çəkinsinlər. Bu kimi hallarla qarşılaşdıqları təqdirdə, vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt (This email address is being protected from spambots. You need JavaScript enabled to view it.) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN