booked.netbooked.net booked.net  

Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən dəhşətli zəlzələnin elə ilk günündən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib.

Və həmçinin ehtiyac duyulan ləvazimatlarla bağlı yardımlar da  göndərilməkdədir.

Bu gün də Azərbaycandan Türkiyəyə yola düşmüş 34 nəfərlik həkim heyəti Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göstərəcək.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat verib.

Qeyd edilib ki, 34 nəfərlik həkim heyətini və digər ləvazimatları daşıyan 4-cü və 5-ci təyyarələr bu gün səhər Adanaya yola düşüb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin bir sıra bölgələrində 7,7 bal gücündə dəhşətli zəlzələ baş verib. 3 mindən çox insan həyatını itirib, çoxsaylı yaralı var. Dağıntılar altında qalanların axtarışı davam etdirilir.  Məlumatlara görə, minlərlə bina zəlzələdən ziyan görüb.

TEZADLAR.AZ

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN