booked.netbooked.net booked.net  

Məlum olduğu kimi, 17 may Ümumdünya Arterial Hipertenziya ilə mübarizə günüdür... Tanınmış kardioloq, Azərbaycan Kardioloqlar Cəmiyyətinin sədri, Professor Tofiq Cahangirov "Təzadlar"a bildirdi ki, bu tarix hipertenizya ilə mübarizə Ümumdünya liqası tərəfindən ÜST- nın dəstəyi ilə təsis edilmiş və 2005-ci ildən qeyd olunur. Əsas məqsəd əhalinin diqqətini yüksək arterial təzyiqin törətdiyı xəstəliklərə cəlb etmək, onların profilaktikası, aşkar edilməsi və müalicəsinə dair məlumatları insanlara çatdırmaqdır. "...Dünyada 1.5 milyarda yaxın insan arterial hipertenziyadan əziyyət çəkir və demək olar ki, onların yarısı xəstəliyindən xəbərsizdir. Erkən dövrdə aşkar olunmayan və müalicəyə cəlb edilməyən arterial hipertenziyası olan xəstələrdə infarkt, insult, böyrək çatışmazlığı kimi ağırlaşmaların inkişafı qaçılmazdır..."
Bəs arterial hipertenziyaya qalib gəlmək üçün nə etməliyik? Professor bu suala belə cavab verdi: 
"1. Siqaret və alkoqol qəbulu kimi zərərli vərdişlərdən uzaq durmaq;
2. Qida rasionunda gündəlik duz istifadəsini minimuma endirmək;
3. Oturaq həyat tərzini fiziki aktiv həyat tərzi ilə əvəzləmək (piyada yürüş, velosiped sürmək, idmanla məşğul olmaq);
4. Stress, gərginlik olan ortamdan uzaq olmaq;
5. Yuxu rejimini nizamlamaq (minimum 7-8 saatlıq yuxu rejimi tövsiyə olunur);
6. Ürəklə bağlı şikayətlər varsa və qan təzyiqi yüksəlitsə, mütləq kardioloqa müraciət etmək və təzyiqəleyhinə dərmanlar qəbul etmək lazımdır.
Əgər tez-tez səbəbsiz olaraq baş ağrıları, başgicəllənmə, ürəkdöyüntüsü, ürək nahiyəsində ağrı və diskomfort hissi müşahidə edirsinizsə, mütləq şəkildə qan təzyiqinizi ölçün. Unutmayın ki, Arterial Hipertenziyanın erkən diaqnostikası və erkən müalicəsi həyat qurtarıcı ola bilər!".
Özünüzü "Sakit qatil"dən qoruyun, həyat rejiminizə diqqətli olun!
Elbar ŞİRİNOV
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN