booked.net booked.net  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığın insan sağlamlığı üçün ciddi qlobal təhlükə olduğunu elan edib.

Noyabrın 15-də ÜST sosial əlaqələrin insanların sağlamlığına təsirini öyrənəcək beynəlxalq komissiya yaradıb. Buraya 11 siyasətçi və fəal daxil edilib. Komissiyanın səlahiyyət müddəti üç il olacaq.

“The Guardian” komissiyanın həmsədrlərindən biri Çido Mpembadan sitat gətirib: “Tənhalıq sərhədləri aşır və sağlamlığın, rifahın, inkişafın bütün aspektlərinə təsir edən qlobal ictimai sağlamlıq təhlükəsinə çevrilir”.

"Sosial təcrid heç bir yaş və ya sərhəd tanımır", - deyib Çido.

 Panelə həmsədrlik edən ABŞ-dan olan həkim Vivek Murti bəyan edib ki,  tənhalığın sağlamlıq riski gündə 15 siqaret çəkməkdən heç də az deyil, həmçinin piylənmə və fiziki fəaliyyətsizlikdən daha çoxdur.

 Murti qeyd edib ki, tənhalıq daha çox inkişaf etmiş ölkələrdə problem kimi görülür, lakin dünyanın bütün regionlarında hər dörd yaşlı insandan biri sosial cəhətdən təcrid olunur.

 Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yaşlı insanlar üçün tənhalıq demensiyanın inkişaf riskini 50%, ürəyin işemik xəstəliyini və insult riskini isə 30% artırır.

Eyni zamanda, təşkilatın qeyd etdiyi kimi, yeniyetmələrin 5%-dən 15%-ə qədəri tənhalıq yaşayır. Bu, mütəxəssislərin fikrincə, həm gənclərin universitet təhsilini yarımçıq qoymasına gətirib çıxarır, həm də əmək məhsuldarlığını aşağı salır.

***

 Ona görə də yaşından asılı olmayaraq, heç bir kəsin tənha qalmaması tövsiyə edilir. Əlbəttə, bəzən insan kimlərinsə əhatəsində belə tənha ola bilər... Əsas odur ki, ətrafınızda sizi sevən və dəyər verən insanlar olsun. 

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA