booked.net booked.net  

Çində uşaqlar arasında yüksək qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb. Onlar öskürmür və heç bir simptom da yoxdur.

Bu barədə ProMed-in məlumatında bildirilib.

***

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən tənəffüs yolu xəstəliklərinin artması və uşaqlarda pnevmoniya xəstəliyinin yayılması ilə bağlı əlavə məlumat istəyib.

Bu barədə ÜST-ün bəyanatında deyilir.

ÜST xatırladıb ki, noyabrın 13-də keçirdiyi mətbuat konfransında Çinin Milli Səhiyyə Komissiyasının nümayəndələri ölkədə tənəffüs yoluxucu xəstəliklərə yoluxma hallarının artdığını bildiriblər.

Çin hakimiyyəti bunu COVID-19 məhdudiyyətlərinin qaldırılması və qrip, mikoplazma pnevmoniyası, RSV və SARS-CoV-2 kimi məlum patogenlərin dövriyyəsi ilə əlaqələndirib.

Daha sonra “The Telegraph” qəzeti bütün dünyada insan və heyvan xəstəliklərinin yayılmasını izləyən ProMed-in məlumatlarına istinadən Çinin şimalında uşaqlarda diaqnoz qoyulmamış pnevmoniyanın baş verməsi barədə məlumat yayıb.

  Nəşr qeyd edib ki, Çin xəstəxanaları "xəstə uşaqlarla doludur" və Pekində də daxil olmaqla, ölkənin bütün şəhərlərində pnevmoniya (sətəlcəm) halları şiddətlənir.

ÜST açıqlayır ki, Çinin şimalında uşaqlarda diaqnoz qoyulmamış pnevmoniyanın yayılmasının tənəffüs yolu infeksiyaları ilə əlaqəli olub-olmadığı hələ aydın deyil.

Tayvanın FTV News telekanalı da Çindəki uşaq xəstəxanalarının dolu olduğunu bildirib. “Çoxları,  xəstəxanaya yerləşdirilib. Onlar öskürmür və heç bir simptom yoxdur.  Onlarda sadəcə yüksək hərarət  var və bir çoxlarında ağciyər düyünləri yaranır”, - deyə Pekin sakinlərindən biri kanala bildirib.

Xatırladaq ki, koronavirus  2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.

Azərbaycanda isə ilk dəfə bu xəstəlik 28 fevral 2020-ci ildə Rusiya Federasiyasının vətəndaşında aşkarlanıb. Belə ki, həmin şəxs İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub.

 

JASMİN

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA