booked.net booked.net  

Yeni Zelandiya 2008-ci ildən sonra doğulanlar üçün qəbul etdiyi tütün qadağasından imtina edəsi oldu.

 "The Guardian" xəbər verir ki, Yeni Zelandiya hökuməti gələcək nəsillər üçün siqaret qadağasından imtina edib.

Qeyd edək ki, bu, dünyada ilk belə qanun idi. 2022-ci ilin sonunda qəbul edilən qanun, digər şeylər arasında 2009-cu il yanvarın 1-dən sonra doğulmuş hər kəsə siqaret satışını da qadağan etdi.

Hansı ki, 2024-cü ilin iyulunda qüvvəyə minməli idi.

Qanun, həmçinin tütün məmulatlarında nikotinin konsentrasiyasının azaldılmasını və ölkə üzrə tütün satış məntəqələrinin sayının 6000-dən 600-ə qədər azaldılmasını nəzərdə tuturdu.

Nəşr aydınlaşdırıb ki, hakimiyyət bu addımı vergiləri azaltmaq üçün atıb. Oktyabr ayında ölkədə daha bir ümumi seçki keçirilib və bu seçkilərdə mühafizəkar Milli Partiya qalib gəlib. O, digər kiçik partiyalarla, o cümlədən populist NZ First ilə koalisiya yaratdı.

Milli Partiya xarici alıcıların əmlak bazarına qayıtmasına icazə verməklə bəzi vergi endirimlərini maliyyələşdirməyə ümid edirdi. Lakin NZ First təşəbbüsü rədd etdi.

Ölkənin yeni maliyyə naziri Nikola Uillisin sözlərinə görə, siqaret satışından əldə edilən gəlir bundan sonra vergilərin azaldılmasına yönəldiləcək.

Əvvəllər Yeni Zelandiya səlahiyyətliləri gənclər arasında vapinqlə mübarizə çərçivəsində birdəfəlik vapinqlərin satışını tamamilə qadağan etməyi planlaşdırırdı.

Onu da əlavə edək ki, Ümumdünya Səyiyyə Təşkilatının (ÜST) hesabatına əsasən tütündən istifadə hər il dünyada  8 milyondan çox insanı öldürür. Bu rəqəmə siqaret tüstüsünə passiv məruz qalan 1,3 milyon siqaret çəkməyən insan da daxildir. Təqdim edilən rəqəm 2007-ci illə müqayisədə 5 dəfə artıb.

31 may hər il Dünyada Tütünlə Mübarizə Günü kimi qeyd olunur. ÜST-ün bu ilki şüarı isə beləydi: “Bizə tütün yox, qida lazımdır”.

Azərbaycanda təxminənə kişilərin 40 faizi, qadınların isə 3 faizi siqaretdən istifadə edir.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA