booked.netbooked.net booked.net  

  Fevralın 15-də Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin A.Şaiq adına 2 nömrəli kitabxana filialı

A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiəti birlikdə qoruyaq” adlı tədbir keçirdi. Tədbirdə  kitabxana filialının müdiri vəzifəsini icra edən  İradə Hüseynova Ulu Öndər Heydər Əliyevin: “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar, cəmiyyətimizin, hamımızın düşmənidir. Ona görə də qurub yaradın”, – sözlərini şagirdlərə söylədi. O bildirdi ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. İ.Hüseynova yaşadığımız dünyanı, ətraf mühiti, ana təbiəti qorumaq haqqında tövsiyələrini verdi. Son illərdə respublikamızda ekologiyanın qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət göstərildiyini vurğuladı. A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Vəliyeva qeyd etdi ki, biz təbiətin qoynunda yaşayırıq,. onu çirklənmədən qorumaq üçün əlimizdən gələni etməliyik. O, nəfəs aldığımız havanı, içdiyimiz suyu və yediyimiz qidanı, ehtiyac duyduğumuz digər zəruri ehtiyacımızı təmin edir. Kitabxananın əməkdaşı Aybəniz Əliyeva öz fikrini şagirdlər ilə bölüşərək söylədi ki, hər bir insan doğma Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməlidir. Ölkədə insanların sağlam yaşamasının səbəbi sağlam təbii suyun, təbii sərvətlərinin və təmiz havanın olmasıdır.

      Sonra şagirdlər məktəbin həyətyanı sahəsində abadlıq işləri apardılar, ağacların dibini yumşaltdılar, ağac əkdilər.  Şagirdlər “Təbiəti birlikdə qoruyaq” adlı mözvuda öz fikirlərini söyləyərək bildirdilər ki, Azərbaycanımız və yaşıl təbiətimiz gözəldir, bununla da xeyirxah işlər görüb təbiətimizin keşiyində durmalıyıq.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN