Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri Azad Məsiyevlə müsahibəni “Təzadlar”ın oxucularına təqdim edirik:

-Azad müəllim, Rusiya hərbi kontingentinin Ukrayna sərhədlərinə cəmləşməsi barədə məlumatlar KİV-də xüsusi yer alır. Bununla bağlı  ABŞ prezidenti Co Bayden və həmkarı Rusiya prezidenti Vladimir Putin arasında müzakirələr olsa da, nəticə ürək açan deyil. Rusiyanın əzələ nümayiş etdirməsini necə şərh edərdiniz?

-Ukrayna daxilində və xaricində baş verən hadisələri şərh edərkən səbəb və nəticəni bir-birindən ayırmaq düzgün olmazdı. Son zamanlar mediada Ukrayna daxilində və xaricində baş verən hadisələrin, ancaq son nəticəsi müzakirə edilir. Ukraynanı bu duruma salan siyasi güc mərkəzlərinin fəaliyyəti, sanki unudulub. Dövlətlər öz rahatlığı üçün qonşusunu narahat etməməlidir, yəni öz xoşbəxtliyi üçün başqasını bədbəxt etmək qəbul edilməzdir. Belə ki, hər hansı bir dövlət xarici və daxili siyasətini qonşunun əleyhinə kökləyirsə, bu artıq qonşuluq deyil, düşmənçilikdir. Ukraynaya gəlincə, ABŞ demokratiya ideyası aldında dünyanın bir neçə ölkəsini işğal edib və etməkdə də davam edir. Bu ölkələrdən biri də Ukraynadır.

- Adətən işğalçılıq deyəndə bir dövətin başqa dövlətə hərbi qoşun yeritməklə həmin dövləti siyasi və iqtisadi cəhətdən özünə tabe etdirmək başa düşülür. Birdə var ki, təbii yolla, genetik metodla işğal. Bu miqrasiya şəkilində həyata keçirilir ki, hazırda Avropa Birliyi bu metoddan istifadədən çox narahat olur.

- İşğalçılığın müassir klassik formasını ABŞ yaradıb, belə ki, müasir dövrümüzdə ABŞ demokratiya ideyası adı altında işğalçılığın klassik formasını həyata keçirməkdədir. Bu metodla bir neçə dövləti işğal etmişdir. Demokratiya ideyası altında rəngli inqlablar edərək həmin ölkələrdə hakimiyyət dəyşikiliyinə nail olunur, özlərinə münasib şəxsləri hakimiyyətə gətirməklə həmin dövləti klonlaşdırır və iqtisadi-siyasi cəhətdən özlərindən asılı vəziyyətə salır. Bunun nümunəsi kimi Ukraynanı qeyd etmək olar. Heç kimə sirr deyil ki, ABŞ Ukrayna dövlətini klonlaşdırıb və ondan Rusiya əlehinə istifadə edir, bir sözlə, Ukrayna ABŞ-ın əlində alətə çevrilib. Slavyan xalqlarının birliyi (Rusiya , Ukrayna, Belarusiya) dünyada güc mərkəzi idi, bu güc Rusiyanın timsalında nümayiş olunurdu. ABŞ bu birliyi dağıtmaq, Rusiyanı parçalamaq üçün Slavyan xalqları arasında düşmənçiliyə nail olmalı idi, bu məqsədlə hədəf olaraq Ukarynanı seçdi və qismən də nail oldu.

Belarusiyada ABŞ-ın bu planı baş tutmadı. ABŞ-ın məqsədi Ukrayna xalqını xoşbəxt etmək deyil, sadəcə, bu xalqdan alət kimi istifadə etməkdir. Nəticə olaraq Ukrayna dövləti ABŞ tərəfindən cəhənnəmə sürüklənir. Qeyd etmək yerinə düşər ki, ABŞ və onun hərbi qanadı olan NATO rəsmi şəkildə Rusiyanı düşmən elan ediblər. Belə olan təqdirdə, ABŞ və NATO bütün vasitələrdən istifadə edərək Rusiyanı bir dövlət olaraq məhv etmək kimi ali məqsədləri qarşılarına məqsəd qoyublar. Bu məqsədə çatmaq üçün Rusiya ətrafında qaynar ocaqlar yaratmaq, Rusiyanı qonşuları ilə münaqişəyə cəlb etmək kimi planlar işə salınmışdır. Bu plan Gürcüstanda Saakaşvilinin əli ilə edildi, 2005-ci ildən bəri isə Ukrayanada klonlaşdırılmış siyasətçilərin əli ilə həyata keçirilməkdədir, Ukraynanın bütün dövlət və hökümət sturukturlarının ABŞ tərəfindən təlimatlandırılmış kadrlar tərəfindən idarə edilməsi də sirr deyil. Rusiyaya gəlincə, Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsi Rusiya üçün təhdiddir. ABŞ isə rusların bu çağrışına məhəl qoymur, əksinə, sürətlə Rusiya ilə müttəfiq olan ölkələrdə inqilablar edərək həmin ölkələri NATO-ya inteqrasiya planlarını sürətləndirir. Bunu Ermənistanın timsalında da görmək olar. Rusiya təbii olaraq özünü qorumaq, müdafiə etmək üçün əks tədbirlər həyata keçirməli olur. Bu günlərdə Ukrayna sərhədlərində böyük sayda hərbi kontingentin cəmləşməsi bu planın tərkib hissəsidir.

“Ukraynanın NATO-ya daxil edilməsi Rusiyanın məhvinə aparan bir yoldur, bunu isə Rusiya məqbul saya bilməz...”

 Belarusun paytaxtı Minsk şəhərində Ukrayna, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə keçirilən beynəlxalq sammitin məqsədi Donbas müharibəsinin sonlandırılması və iki tərəf olaraq qəbul edilən Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin imzalanması olmuşdur. ABŞ-dan gələn təlimatlara əsasən, Ukraynada hesab edirlər ki, Donbasda və Luqanskidəki problemlər hərbi yolla həll edilməlidir. Bu məqsədlə ABŞ Ukraynaya misli görünməmiş hərbi yardımlar edir, orada qeyri -rəsmi bazalar yaratmaqla paralel olaraq, siyasi dəstəyini açıq şəkildə nümayiş etdirir. ABŞ bu davranışı ilə Ukraynanı cəhənnəmə sürükləməyə həvəsləndirir. Ukraynada bəzi siyasətçilər Azərbaycanın 44 günlük müharibəsinin nəticəsindən ilhamlanaraq “Donbasda və Luqanskidəki problemlər hərbi yolla həll edilməlidir” kimi fikirləri gündəmə gətirirlər. Onlar unudurlar ki, Ermənistan və Azərbaycan arasındakı problemlə  Ukraynadakı problem geosiyasi baxımdan fərqlidir, eyniləşdirmək düzgün olmazdı. Rusiya açıq bəyan edir ki, Ukraynanın NATO-ya cəlb edilməsi yolverilməzdir, buna baxmayaraq istər ABŞ, istərsə də NATO rəsmiləri Ukraynanı NATO-da görmək istədiklərini və bu sahədə nə lazımdırsa,  etməyə hazır olduqlarını qeyd edirlər. Ukraynanın NATO-ya daxil edilməsi Rusiyanın məhvinə aparan bir yoldur, bunu isə Rusiya məqbul saya bilməz. Rusiyanın geriyə çəkiləcək yolu qalmayıb, rəsmi Moskva da bilir ki, geri çəkilmək Rusiyanı məhvə aparar... Rusiyanı indiki hərbi-siyasi situasiyada sakitləşdirə biləcək yeganə addım Ukraynanın rəsmi şəkildə NATO-dan inteqrasiya etməsindən imtinası, Qoşulmama Hərakatının üzvü olmaq barədə rəsmi qərar qəbul etməsi olardı. Ancaq Ukrayna rəhbərliyi bilərəkdən ABŞ-n təxribat xarakterli planlarına alət olur. Onlar nəticənin necə olmasını, bu hərəkətlərin ağrısını Ukrayna xalqının çəkəcəyini məgər anlamırlar?

Təqdim etdi: Y.Məmmədli

Pin It

Jurnalistler


IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA