booked.net booked.net  

Onore de Balzak (20 may 179918 avqust 1850) — XIX əsr görkəmli fransız yazıçı-dramaturqu. Onore de Balzak  öz dövrünün ictimai həyatının bütöv mənzərəsini yaratmış böyük fransız yazıçısıdır. Onun qələmə aldığı romanlar və hekayələr bütün dünyada “Bəşəri komediya” adı altında məşhurlaşmışdır.

Aforizmlər,fikirlər

I HİSSƏ 

  • Arxitektura, xasiyyətlərin ifadəsidir.
  • Duyğuların zərifliyi ilə manera zərifliyi  həmişə üst-üstə düşmür.
  • Ağrı, bəlkə də, həddindən artıq zövqdən başqa bir şey deyil.
  • Kişilərin əksəriyyəti skripka çalmağa cəhd edən oranqutanları xatırladır.
  • Mübarizə aparmaq yaşamaq deməkdir. Mübarizə kədər gətirsə də, yaralasa da, o, nifrətin zülmət qaranlığından, nifrət ediləcək qapalılığın zəhərindən, mübarizədən üz döndərənin soyuqluğundan, ürəyin biganəlik adlandırılan ölümündən daha yaxşıdır.
  • Əgər evlənənlər nigaha girməmişdən qabaq bir-birinin xasiyyətlərini, vərdişlərini və xarakterlərini bilmirlərsə, belə nigahı xoşbəxt saymaq olmaz.
  • Nigah, bir-birini tanımayan iki insanı ömürlük bir-birinə bağlayır.
  • Millətin gələcəyi anaların əlindədir.
  • Elə insanlar var ki, onlar sıfıra bənzəyir. Onlara həmişə lazımdır ki, qabaqlarında rəqəmlər olsun.
  • Ola bilsin ki, fəzilət mənəvi zəriflikdən başqa bir şey deyil.
  • Bürokratiya, piqmeylər tərəfindən hərəkətə gətirilən nəhəng mexanizmdir.
  • Güclü xarakterlə, təmiz əxlaqla və xeyirxahlıqla müşayiət olunan sərtliyə qarşı nifrət olmur.
  • Prinsip etibarilə, böyük siyasətçi zalım olmalıdır. Əks təqdirdə, o, cəmiyyəti pis idarə edəcək. Siyasətçi rolunda ədəbli insan, batan gəminin sükançısının sevgi etiraf etməsi kimidir.
  • Əlli yaşındakı kişi başqa yaşlardan fərqli olaraq daha təhlükəlidir. Çünki, çox qiymətli təcrübəyə və çox zaman da sərvətə malik olur.
  • Xırdaçılıq, böyük istedadlara yaddır.
  • Mətbəx atmosferindən heç də yaxşı olmayan həyat budur: iyi-qoxusu çox, bir şey hazırlamaq üçün əlləri bulamaq və sonra da bu bulaşığı yaxşıca yumaq kimi. Dövrümüzün bütün əxlaqı bundan ibarətdir.
  • Vaxt, zehni əmək işçisinin kapitalıdır.
  • Bütün qadınlar istəyirlər ki, yalnız onlarla məşğul olsunlar. Qadınlar böyük iş görən kişiyə qarşı üsyan edir və ona dözə bilmirlər. Ona görə də qadınlar axmaqları sevirlər. Çünki, axmaq adam öz vaxtını qadınlara sərf edib , yalnız onlarla məşğul olur və bununla xanımlarının sevimlisi olmalarını sübut edirlər. Əgər dahi insan qadına  ürəyini, sərvətini verib,  vaxtını isə sərf etməzsə, o zaman ən nəcib qadın belə  kişinin onu sevdiyinə inanmayacaq.
  • İnsanın bütün bacarığı səbir və vaxtın vəhdətindən başqa bir şey deyildir.
  • Dəlilik etsən belə, etdiyin şeyi yaxşı etmək lazımdır.
  • Hər cür hakimiyyət davamlı sui-qəsddir.
  • Yazıçı ustalığının ən yüksək səviyyəsi fikri obrazda ifadə etməkdir.
  • Axmaqlıq iki cür olur: susqun və boşboğaz.
  • Axmaqlıq o qədər keçilməzdir ki, onu axıra qədər tədqiq etmək mümkün deyil. Ondan heç bir səs gəlmir, o hər şeyi həmişəlik udur və geri qaytarmır.
  • Kədər, bütün hisslərimizin ən dəyanətlisidir.
  • Mülki və hərbi cəsarət eyni başlanğıcdan qidalanır.
  • Ağlın işığı ilə işıqlandırılmayan fəzilət zərər verə bilər.
  • Fəzilət bölünməz bir şeydir. O ya var, ya da yoxdur.
  • Həyatımızın ən yaxşı hissəsi gəncliyimizdə ürəklərimizdə yetişdiyimiz şeyləri xərcləməklə keçir. Bu proses təcrübənin əldə edilməsi adlanır.
  • İki mömin qadının dostluğu, açıq şəkildə düşmənçilk edən on yaramazın pisliyindən daha pisdir.
  • Gecə saatlarında kişi ilə qadının dostluğu  çox zəifləyir.
  • Əgər hər zaman tək danışacaqsansa, hər zaman da haqlı olacaqsan.
  • Əgər arvad qənaətdən danışarsa, deməli, sizin səhmləriniz qiymətdən düşməyə başlayıb.
  • Əgər qadın sizi sevirsə, hər şeyi, hətta cinayəti bağışlayar. Yox, əgər sevmirsə, o zaman yaxşılığınızı belə görməyəcək.
  • Əgər kişi ağıllı, yaxşı, ünsiyyətlidirsə, qadınları onun haradan gəldiyi yox, haraya gedəcəyi maraqlandırır.
  • Əgər özünüzə inanmırsınızsa, dahi ola bilməzsiniz.
  • Əgər istedad təbii meyillərin inkişafıdırsa, möhkəm iradə instinktlər, maraqlar, maneələr və əngəllər üzərində iradənin qələbəsi, hər cür çətinliyi qəhrəmancasına dəf etməsidir. İradə istedaddan daha çox qürur predmeti ola bilər və olmalıdır.
  • Şairlər iki cür olur: hiss edənlər, bir də ifadə edənlər. Birincilər daha çox xoşbəxtdirlər.
  • Haqq-hesabla evlənmək-qadının qarşısında sürünmək, anasının dabanlarını yalamaq, hətta donuza murdar görünən eybəcərlikləri yerinə yetirmək deməkdir. Belə nigahda siz özünüzü çirkabların axıdılmasında istifadə edilən boru kimi hiss edəcəksiniz.
  • Qadın instinkti böyük insanların uzaqgörənliyinə dəyər.
  • Qadın sevgidə arfaya oxşayır. O, sirlərini yalnız onu yaxşı çalana verir.
  • Ərinə gülən qadın, artıq onu sevmir.
  • Ürəyinin səsini yox, ağlını rəhbər tutan qadın əsl ictimai infeksiyadır: o, ehtiraslı və sevən qadının üstünlüklərinə yox, çatışmamazlıqlarına malikdir. Belə qadın rəhmsiz, sevgisiz, fəzilətsiz, cinssiz olur.
  • Ağıllı qadın heç vaxt öz üstünlüklərindən sui-istifadə etmir; kişiyə sahib olmaq üçün miskin və axmaq olmaq lazımdır.
  • İncəsənət, millətin libasıdır.
  • Həqiqi alim xəyalpərəstdir. Həqiqi olmayan alim isə özünü praktik adlandırır.
  • Böhtan miskinliklərə biganədir.
  • Bütün elmlərin açarı sual işarəsidir.
  • Həddindən artıq qocalan qadın kişilərin xoşuna gəlmək üçün Allaha müraciət edir.
  • Danışmağa söz olmayanda çox danışırlar.
  • Öz əqidəsini heç vaxt dəyişməyəcəyi ilə öyünən insan daima düz yolla gedəcəyini öhdəsinə götürür. Belə insan qüsursuz olduğuna əmin olan qanmazdır.
  • Hər yerdə olan kəsin şəxsiyyətinə heç yerdə maraq göstərilmir.
  • Bütün qadınları sevən qadınların heç birini qısqanmır.
  • Kim çox sübut edirsə, heç nə sübut etmir.
  • Qadını idarə etməyi bacaran dövləti də idarə edə bilər.
  • Yaltaqlıq, böyük adamların yox, vacib adamların həyatına daxil olmaq üçün daha da kiçilməyi bacaran kiçik adamların xasiyyətidir.
  • İkiüzlülük, xidmət etməyə öyrəşmiş insanlara hörmət hissi aşılayır.
  • Oynaş olmaq ər olmaqdan ona görə asandır ki, hər gün xoş söz demək, arabir lütfkarlıq göstərməkdən, xoş söz deməkdən çətindir.
  • Eşq macərası həmişə hiylə işlədilən bir oyundur.
  • Lovğa təbiət üçün sevgi, Yer üçün Günəş kimidir.
  • Sevgi, axmaq adamın öz gözlərində böyüməsi üçün yeganə imkandır.
  • Qəddarlıq və qorxu bir-birinin əlini sıxan hisslərdir.
  • Sevgidə müxtəliflik axtarmaq gücsüzlüyün əlamətidir.
  • Ədəbli qadın o qadındır ki, məşuqu ona gözdən salmağa qorxur.
  • Böyük insan, böyük vətəndaş olmaq gözəldir.
  • Hər zaman evdə olmaq imtiyazı yalnız padşahlara, qızlara və oğrulara aiddir.
  • Zəifliyini qəbul edən insan güclənir.
  • Bərabərlik hüquq ola bilər, amma heç bir güc onu fakta çevirə bilməz.
  • Qocalıqda gözəl cinsə laqeydlik, gənclikdə çox bəyənilməyi bacardığına görə cəzadır.
  • Pozğun xalqa verilmiş azadlıq, əxlaqsızlara verilən bakirə qız kimidir.
  • Öz əqidələrini divardan asmırlar.
  • Eqoizm dostluq üçün zəhərdir.
  • Ana ürəyi- dərinliyində həmişə bağışlanma tapılacaq bir uçurumdur.
  • Ciddilik, xarakterin əsasıdır.
  • Güclü həyat sarsıntıları kiçik qorxulara şəfa verir.
  • Kədər sonsuz, sevinc isə məhduddur.
  • Xəsislik yoxsulluğun sona çatdığı yerdən başlayır.
  • Şöhrət, ölülərin günəşidir.
  • Bir insanı mühakimə etmək üçün ən azından onun düşüncələrinin, bədbəxtliyinin, həyəcanının sirrinə bələd  olmaq lazımdır.
  • Gözəl ədəbi əsərləri qiymətləndirmək üçün geniş təhsil, inkişaf etmiş intellekt, asudə vaxt, bir də zehni gərginlik lazımdır.
  • Şübhələnmək, gücün itirilməsi deməkdir.
  • Məqsədə çatmaq üçün əvvəlcə getmək lazımdır.
  • Qozbellərin olduğu yerdə gözəl fiqur eybəcər görünür.
  • Allaha şübhə etmək-ona inanmaq deməkdir.
  • Şöhrət sərfəli mal deyildir: qiyməti baha, saxlanılması isə pis.
  • Kolleksiya toplamaq həvəsi zehni pozuntunun ilk mərhələsidir.

(Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA