booked.netbooked.net booked.net  

 

“Qarabağ Telekom” kompaniyasının serverləri müharibəyə bir neçə saat qalmış sıradan çıxarılmışdır-Prokurorluq

Ermənilər 44 günlük mühaibədə  məğlub olmalarının səbəbini hələ də tapa bilmirlər. Generalından tutmuş aliminə qədər bu məğlubiyyətin aspektlərini ararışdırır, müxtəlif versiyalar irəli sürürlər, amma nəticədə  “güclü ordu” mifi yenə də alınmır. Belə bir “güclü ordunun” qısa bir müddətdə, həm də çox böyük bir rəzilliklə darmadağın edildiyinin səbəbini gah rusların verdiyi silahların keyfiyyətsiz olmasında, gah hərbi mütəxəssislərinin səriştəsiz olmasında, gah da hakimiyyət başında olan “Qarabaq klanı” deyilən təbəqənin korrupsiyaya bulaşmasında  axtarırlar. Özü-özlərində,  azərbaycanlıların “qorxaq”, ermənilərin isə cəsur  olduğu  barədə bir təsəvvür yaratmışdılar.

İndi də müharibə dövründə mobil şəbəkələrinin dağıdılmasının səbəbini araşdırmağa başlayıblar.

Məlumat üçün bildirək ki, Qarabağdakı separatçı rejimə xidmət göstərən “Karabax Telekom” mobil şəbəkəsi 2020-ci ilin 27 sentyabrında, daha dəqiqi, 00:00 vaxtdan güclü haker hücumu nəticəsində tamamilə sıradan çıxarılmışdı.

İndi Ermənistan prokurorluğu bu mobil operatorunun müharibə başlayan andan iflic vəziyyətə düşməsini anlamağa cəhd edir.

“Sputnik Armeniya” saytının verdiyi xəbərə görə, Ermənistan prokurorluğu  hazırda mobil operatorun Server şəbəkəsinin  44 günlük müharibənin başlanmasına bir neçə saat qalmış "Qarabağ Telekom" şirkətinin sındırılması faktı üzrə cinayət işi başlanılıb.

Araşdırma zamanı məlum olub ki, 2020-ci ilin 27 sentyabrında  saat 00:00 27 radələrində  kompüter informasiyasının əldə edilməsi və ya proqramların məhv edilməsi, bloklanması və sıradan çıxarılması məqsədi ilə serverlər geniş miqyaslı DDOS-hücuma məruz qalıb.

Sayt daha sonra bildirir ki, hakerlər serverlərin işini pozmuş, məlumat bazasındakı məlumatları silmiş, danışıqların müddəti və dəyərinin hesablanması üçün kompüter prosesini pozmuş  və bu ds öz nöbəsində  ağır nəticələrə gətirib çıxarmışdır.

Yoxlama zamanı məlum olub ki, "Qarabağ Telekom" şirkətinin kompüter sisteminə icazə və çıxış imkanı üç hakerdən ibarət beynəlxalq təşkilat tərəfindən verilib. Faktla bağlı istintaq aparılır, bütün mümkün versiyalar öyrənilir.

İndi ermənilərin bu xəbərini oxuduqca, müharibə aparmağın elementar qanunlarını bilməyən ermənilərin bu araşdırımalarının əsl məqsədini anlamamaq bir o qədər də çətin deyil. Hətta hərbi mütəxəssis olmayan hər kəs bilir ki, müharibə apardığın tərəfin birinci növbədə rabitə,informasiya, kommunikasiya sistemini  sıradan çıxarmaq lazımdır. Ermənilərin bu araşdırmasının məqsədi mobil siistemi pozmuş beynəlxalq təşkilatın adını hallandırmaq və sonra bunu bütün dünyaya bəyan etməkdir. Digər tərəfdən, müharibədə məğlub olmalarının bir günahını da məhz mobil sistemlərinin sıradan çıxarılması ilə izah etmək arzusudur.

Amma, Ermənistan hələ də başa düşmür ki, Azərbaycan Ordusu qarşısında biyabırçı  məğlubiyyətinin əsas səbəbi müharibənin ermənilər üçün işğalçı, azərbaycanlılar üçün isə Vətən müharibəsi idi.Düzdür, burada silah, onun müasir və ya köhnə olma amili, hərbi mütəxəssislərin peşəkarlığı da müəyyən rol oynayıb, amma əsas amil məhz yuxarıda qeyd etdiyimiz- Azərbaycan üçün Vətən müharibəsi olma amili idi. Hələlik isə, Ermənistan haker axtarışında...

Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN