Nobel mükafatı ən nüfuzlu beynəlxalq mükafatlardan biridir. O, hər il görkəmli elmi araşdırmalara, inqilabi ixtiralara və ya cəmiyyətin mədəniyyətinə və ya inkişafına böyük töhfələr verə biləcək elmi işlərə görə verlir.  Bildiyimiz kimi, Nobel mükafatı dünyaca məşhur kimyaçı, mühəndis və ixtiraçı Alfred Bernard Nobelin vəsiyyəti əsasında 27 noyabr 1895-ci ildə təsis edilib. Onun vəsiyyətinə əsasən beş sahə üzrə bu mükafat verilir:

1.Nobel Kimya Mükafatı

2.Nobel Fizika Mükafatı

3.Nobel Tibb və Fiziologiya Mükafatı

4.Nobel Ədəbiyyat Mükafatı

5.Nobel Sülh Mükafatı

Üç elmi nominasiyada ən çox Nobel mükafatı alan ölkələr arasında ABŞ başda dayanır. Fizika, kimya və tibb sahəsində mükafatların 43 faizi ABŞ-dan olan elm adamlarına verilib. ABŞ-ın ardından müvafiq olaraq Almaniya, İngiltərə və Fransa gəlir.

1901-ci ildən 2011-ci ilə qədər ümumilikdə 851 nəfər bu mükafata layiq görülmüşdür. 1901-ci ildən bəri isə, cəmi 12 müsəlman mükafatçı olub. İkisi Ədəbiyyat üzrə Nobel alıb. Elmlə bağlı Nobel mükafatlarının indiyəcən yalnız ikisində - fizika və kimya nominasiyalarında müsəlman qaliblər olub. Tibb və iqtisadiyyat üzrə Nobeli alan müsəlman yoxdur.

Ənvər Sadat (1918-1981)

ABŞ prezidenti Cimmi Karterin nəzarətində 1978-ci il 17 sentyabrda İsrail prezidenti Menaxem Beginlə 12 gün davam edən gizli danışıqların ardından Kemp-Deviddə imzalanan Kemp-Devid müqaviləsinə görə Ənvər Sadat bu mükafata layiq görülmüşdür.

Nobel sülh mükafatını alan ilk müsəlmandır.

***

Yasir Ərəfat (1929–2004)

1994-cü ildə Nobel Sülh mükafatı Ərəfat, Şimon Peres və İshaq Rabinə "Orta Şərqdə sülh yaratmaq səylərinə görə" birlikdə verildi.

Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfat  1994-cü ildə Nobel mükafatına layiq görülüb. Onun həyatının məqsədi beynəlxalq aləmdə Fələstin xalqının mübarizə ideyalarını müdafiə etmək idi. Nobel komitəsinin fikrincə, Fələstin liderinin daha bir xidməti onun Yaxın Şərqdə sülhün təmin olunması istiqamətində gərgin əməyi olub.

Nobel mükafatı alan yeganə müsəlman fələstinlidir.

***

Şirin Ebadi (d.1947)

İran İnsan haqları müdafiəçisi, keçmiş vəkil. 2003-cü ildə Nobel Sülh mükafatı, "demokratiya və insan haqları müdafiəsinə görə" Ebadiyə verildi. Xüsusilə qadın və uşaq hüquqları uğrunda mübarizəsindəki səylərinə görə.

***

Məhəmməd Əl-Baradei (d.1942)

Misir hüquqşünası və diplomatı.1997-ci il 1 dekabr tarixindən Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru. Səlahiyyətləri 30 noyabr 2009-cu ildə başa çatdı. Rəhbərlik etdiyi təşkilatla birlikdə 2005-ci il Nobel Sülh Mükafatı laureatıdır.

Əl-Baradei və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə "nüvə enerjisinin hərbi məqsədlər üçün istifadə edilməsinin qarşısını almaq və nüvə enerjisinin dinc məqsədlər üçün ən təhlükəsiz şəkildə istifadə edilməsini təmin etmək səylərinə görə" birlikdə verildi.

Nobel Sülh mükafatına layiq görülən ikinci Misirlidir (2005).

***

Məhəmməd Yunus (d.1940)

Banqladeşli ictimai xadim,bankir,iqtisadçı.Onun təsis etdiyi Garmeen Bank mikromaliyyə təşkilatı girovsuz və zaminsiz yoxsulların mikrokreditləşdirilməsi ilə məşğul olur. Yoxsulluğun aradan qaldırılması səylərinə görə 2006-cı ildə Nobel mükafatına layiq görülmüşdür.
İlk Banqladeşli və Benqal Müsəlman Nobel mükafatçısı və ümumilikdə Nobel mükafatı qazanan dördüncü Benqaliyalıdır.

***

Məlalə Yusəfzay (d.1997)

Pakistanın Kiber Partunxva əyalətinin Mingora qəsəbəsində doğulan puştun əsilli feminst yazıçı, aktivist. Pakıstanlı aktivist olan bu xanım, qadınların təhsil alması uğurunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmılış ən gənc Nobel mükafatı laureatıdır. O, Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusəndə qadın və uşaqların təhsil alması uğurunda apardığı mübarizəyə görə məşhurdur. Pakistanın şimalı olan bu vilayətdə yerli Taliban, qızların məktəbə getməsinə qadağa qoymuşdu. Qısa müddətə onun mübarizəsi beynəlxalq səviyyədə dəstəklənir.

Yuzəfzay 17 yaşında,indiyə qədər bu mükafata sahib olan ən gənc laureatdır.[ O, eyni zamanda Nobel mükafatına layiq görülən ikinci Pakistanlı və ilk etnik Puştundur

***

Məhəmməd Əbdus Salam (1926 - 1996 )

Elektrozəif qüvvət ilə əlaqədar işlərə verdikləri töhfələrinə görə 1979-cu ildə fizika üzrə Nobel Mükafatını alan nəzəri fizikdir. Özü Nobel mükafatı qazanan ilk Pakistanlı və Misirli Ənvər Sədatdan sonra Nobel mükafatı qazanan ilk müsəlman olmaqla birlikdə bu fənn sahəsində bu mükafatı qazanan ilk müsəlman olmuşdur.

Salamın ən böyük və diqqətə layiq fəaliyyətləri arasına Pati-Salam modeli, maqnetik foton, vektor Meson, Böyük Birləşmə qaydası, super simmetrik işləri və ən əhəmiyyətlisi Elektrozəif qüvvət nəzəriyyəsi də daxildir ki, bu fizika sahəsindəki ən prestijli mükafatı - Fizika üzrə Nobel Mükafatını qazanmasına səbəb olmuşdur.

O,Nobel mükafatına layiq görülən yeganə pakistanlı alimdir. O, Əhmədiyyə Müsəlman Cəmiyyətinin üzvü idi,Pakistan hökuməti tərəfindən belə müsəlman cəmiyyəti qəbul edilmirdi.1974-cü ildə Pakistan parlamenti Pakistan Konstitusiyasında Əhmədiyyənin qeyri-müsəlman cəmiyyət olduğunu elan edən ikinci düzəliş etdi. Buna etiraz olaraq Salam Pakistanı tərk edərək Londona gedir.

***

Təvəkkül Karman (d. 1979)



Təvəkkül Abdel-Salam-Salam Karman Yəmənli Nobel sülh mükafatçısı, jurnalist, siyasətçi və insan haqları müdafiəçisi. 2005-ci ildə qurduğu "Zəncirsiz Qadın Jurnalistlər" qrupuna rəhbərlik edir. Ərəb baharı qiyamlarının bir hissəsi olan 2011-ci il Yəmən inqilabının beynəlxalq ictimaiyyətdə siması oldu. 2011-ci ildə bəzi yəmənlilər tərəfindən "Dəmir qadın" və "İnqilabın anası" adlandırılır. 2011-ci ildə Nobel sülh mükafatını alan ilk Yəmənli qadın, ilk ərəb qadını və Nobel mükafatını qazanan ikinci müsəlman qadın olur.

Karman, Elen Conson-Serlif və Leyma Qbovi ilə birlikdə 2011-ci ildə Nobel sülh mükafatını "qadınların təhlükəsizliyi və barış quruculuğu işində tam iştirak etmək üçün qadın haqları uğrunda şiddətsiz mübarizələrinə görə" bərabər mükafat almışlar.

***

Orxan Pamuk (d.1952)

Türkiyə roman yazıçısı, akademiki, 2006-cı il Nobel mükafatı laureatı. Postmodern üslubunda yazdığı romanları dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. "Mənim adım qırmızı" dır və "Qar" romanları ilə dünyada tanınan məşhur Türk yazıçı Orxan Pamuk 12 oktyabr 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş və bu mükafatı alan ilk türk yazıçısı olmuşdur.

***

Əhməd Zevayl (1946-2016)

Misir-ABŞ kimyaşısı, Kimya üzrə Nobel mükafatı laureatı (1999). İlk müsəlman kimyaçısı və Nobel mükafatı almış ilk ərəb alimi. "Femtokimyanın atası"kimi tanınmışdır. 1999-cu ildə Kimya üzrə Nobel mükafatı "femtosaniyə spektroskopiyasından istifadə edərək kimyəvi reaksiyaların keçid vəziyyətlərini araşdırmasına görə" Əhməd Zevayla verildi.

O,Nobel mükafatına layiq görülən ilk müsəlman kimyaçı və ikinci müsəlman elm adamıdır.

***

Əziz Sancar (d.1946)

Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı.
2015-ci ildə DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb.

O,Nobel mükafatına layiq görülən ilk Türk kimyaçı və bu günə qədər bu mükafata layiq görülən ikinci türkdür.

***
Nəcib Məhfuz (1911-2006)

Görkəmli Misir yazıçısı, tanınmış roman ustası, dramaturq, ssenarist, Ədəbiyyat üzrə Nobel mükafatı alan yeganə ərəb (1988) ("Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə").

Bu mükafatı alan ilk müsəlman müəllifdir.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN