booked.netbooked.net booked.net  

Bildiyimiz kimi, cari ilin əvvəli Prezident İlham Əliyevin fərmanı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi BNA-dan alınaraq DİN-ə verilib.

Nəqliyyatı İntellektual İdarətmə Mərkəzi (NİİM) keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanında 130 milyon manat dövlət vəsaiti sərf edilməklə yaradılmışdı.

 Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz fikirlərini bölüşüb.

O, qeyd edib ki, məhz qarşiya qoyulan vəzifələri reallaşdıra bilmədiyindən Mərkəz 2015-ci ildə BNA-ya verilmişdi:

“Bakı Nəqliyyat Ağentliyi (BNA) da infrastrukturu dağılmış vəziyyətdə olan NİİM-i bir neçə il təhvil ala bilmədi və bu səbəbdən də onu yeniləyə bilmədi .

Sistemin ilkin proqram kodlarının verilməsi müqavilədə nəzərdə tutulmadığından Cənubi Koreya şirkəti Mərkəzin yenilənməsi üçün əlavə vəsaitlər tələb etdi, buna görə də BNA yeni komanda cəlb etməklə, digər ölkələrlə əməkdaşlıqla müəyyən modulları yeniləməyə, sistemi dirçəltməyə çalışdı. Yalnız bir neçə modulu yeniləmək mümkün oldu. Mobil tətbiq də yarımçıq qaldı”, - ekspert deyib.

Osman Gündüz xatırladıb ki,, hətta SİNAM şirkətinə 28 milyon manat vəsait ayırmaqla NİİM-in yeniləməyə cəhd etdilər, lakin sonradan bunlar da uğursuz oldu.

 Onun sözlərinə görə, milyonlarla manat pul xərclənən həmin İT layihəsi ən uğursuz layihə olub və  buna görə də DİM-ə verilib, lakin Yol Polisinə…

“Nəhayət, qeyd olunduğu kimi, indiyədək 200 milyon manatdan çox vəsait ayrılan, Azərbaycanın ən uğursuz İT layihələrindən birisi olan, qarşıya qoyulan vəzifələri reallaşdıra bilməyən, bərbad gündə olan NİİM DİN-ə verildi.

İndi vəziyyət necədir ?

NİİM DİN tərkibinə veirləndə gözləntilər çox olub.

Gözlənilirdi ki, DİN-in yetərincə güclü olan resurslarının, yetərincə oturuşmuş İT komandasının səyləri ilə nəqliyyatın idarə olunmasında NİİM-in rolu gücləndiriləcək.

Gözlənti həm də o olub ki, NİİM Yol Polisinə yox, DİN-in İKT qurumuna təhvil veirləcək. Lakin məlum olduğu kimi, nədənsə son anda NİİM Yol Polisinin nəzarətinə verildi”,- o, bildirib.

 Ekspert diqqətə çatdırıb ki, DİM-dən göləntilər böyük olsa da, hələ ki, ortada real nəticə yoxdur və nəqliyyat axınının tənzimlənməsində problemlər qalır:

“İstənilən halda, hələlik görünən odur ki, NİİM qarşısına qoyulan vəzifələrin icrası ilə bağlı real nəticələr ortada yoxdur. NİİM DİN-ə veriləndən sonra yol hərəkəti ilə, yollardakı vəziyyətlə bağlı yalnız sadə bir formada, sosial media və radio üzərindən məlumatlandırmanı həyata keçirir. Yol Polisinin infrastrukturu ilə əlaqələri gücləndirilib, bildiyim qədər işıqforların da təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıllıb.

Əlbəttə, DİM təhvil alarkən NİİM vasitəsilə, ağıllı formada, nəqliyyat axınının sıxlığına görə idarə olunan cəmi 1-2 işıqforun olduğu bir şəraitdə, qısa zamanda elə böyük dəyişikliklər də real görünmirdi. Görünən odur ki, NİİM-in yarandığı zaman qarşısına qoyulan vəzifələrin böyük əksəriyyəti hələlik reallaşmayıb. Elə hazırda küçələrdə, nəqliyyat sistemində baş verənlər də bunu deməyə əsas verir. Nəqliyyat axınının tənzimlənməsində problemlər qalır” - deyib.

O.Gündüz hələ də SMS məlumatlandırmanın yoxluğunu, həmçinin toplanmış datadan effektiv istifadə edilməsi, datanın emal olunaraq sürücülərə effektiv yollarla çatdırılması, alternativlər təqdim edilməsinin müşahidə olunmadığını bildirib.

Onun fikrincə, nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı işıqforlar”ın, detektorların sayı artırılmalıdır və bununla da mərkəzi küçələrdə avtomobillərin orta sürətini bir qədər artırmaq mümkün ola bilərdi.

“Hələ də normal bil mobil tətbiq ortada yoxdur. Yəni, real vaxtda yollardakı vəziyyəti öyrənmək, rəqəmsal tıxac xəritəsini əldə etmək, tıxacdan yayınmaq , naviqasiya, yollardakı problemli situasiya haqqında öncədən effektiv formada məlumat almaq imkanı hələlik tam reallaşmayıb.

Qarşıdan isə 15 sentyabr gəlir...

Ümid edək DİN mövcud resurslarından effektiv istifadə etməklə hərəkətin idarə edilməsində NİİM-in rolunu xeyli gücləndirə biləcək”, - deyə vurğulayıb.

 Xatırladaq ki, 2007-ci ildə NİİM haqqında Prezident İlham Əliyevin fərmanı verilib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının “SK C&C” şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur.

2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayan Mərkəz Nəqliyyat Nazirliyi tabeliyinə verilib.

Mərkəzin yaradılmasında əsas məqsəd Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsindən, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsindən və hərəkət marşrutlarının optimallaşdırılmasından ibarətdir.

2015-ci ildə Prezidentin fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb və NİİM MMC olaraq onun tabeliyinə verilib.

2016-cı ildə Azərbaycan Prezidenti fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında müstəqil “Bakı Nəqliyyat Agentliyi” yaradilib. 2016-cı ildə NK qərarı ilə NİİM BNA “strukturuna daxil olmayan tabeliyindəki qurum” olaraq təsdiqlənib.

2018-ci ilin əvvəli Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezident yenidən fərman verib. Bundan sonra, 2018-ci ildə NK özünün 2016-cı ildəki “strukturuna daxil olmayan tabeliyindəki qurum” qərarını ləğv edib.

2022-ci il fevral ayının 7-nə qədər İntellektual nəqliyyat sistemi Bakı Nəqliyyat Agentliyinin tabeliyində fəaliyyət göstərib.Fevralın 7-də Prezident İlham Əliyevin imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanınla Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirlyinin tabeliyinə verilib.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN