booked.netbooked.net booked.net  

...Ölçü cihaz və avadanlıqların üzərinə vurulan yoxlama nişanı və eləcə də yoxlama haqqında şəhadətnaməni tələb edə bilərsiniz.

***

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “SOCAR Petroleum” QSC-yə məxsus 32 yanacaqdoldurma məntəqəsində və neft bazalarında monitorinqlər aparıb.

Yoxlamalar zamanı YDM-lər və neft bazalarında istifadə olunan 1992 sayda ölçmə vasitəsi (yanacaq paylayıcı kolonka, yanacaq çəni, ölçü qabı və s.) müəyyən edilib və hazırda həmin ölçmə vasitələrinin metroloji norma və qaydalara uyğunluğunun yoxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Xidmət bəyan edib ki, qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçmə vasitələri, habelə maye qazdoldurma məntəqələrində avtonəqliyyat vasitələrinə qaz doldurulmasında tətbiq edilən qaz həcmi və kütləsinin ölçmə vasitələrinin yoxlamaya təqdim edilmədən istifadəsi qadağandır və yoxlanılmamış  istifadə inzibati məsuliyyətə səbəb ola bilər.

Ən önəmlisi və bir çox sürücünün – istehlakçının yanacaqdoldurma və maye qazdoldurma məntəqələrində istifadə olunan ölçü cihaz və avadanlıqların üzərinə vurulan yoxlama nişanı və eləcə də yoxlama haqqında şəhadətnaməni tələb etmək hüququndan bixəbər olmasıdır.

Yəni, sürücülər ölçmə vasitələrinin şəhadətnaməsini tələb etməklə metroloji norma və qaydalara uyğunluğundan əmin olmuş olurlar. Bundan başqa, istehlakçılar kütləvi olaraq bu tələbi edərlərsə, təsərrüfat subyektlərinin sahibləri də qanunu pozmaqdan çəkinər və vaxtında ölçmə vasitələrini yoxlamaya təqdim edib şəhadətnamə alarlar.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN