booked.netbooked.net booked.net  

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) nümayəndələri İranda tapılan 83,7% zənginləşdirilmiş uran hissəciklərinin mənşəyini öyrənməyə çalışır.

Hazırda agentliyin nümayəndələri bu məsələyə aydınlıq gətirmək üçün İran tərəfi ilə əlaqə saxlayırlar. Eyni zamanda, bir sıra KİV-lər qeyd edirlər ki, ötən ilin nyabrından 60%-ə qədər zənginləşdirilmiş uranın ehtiyatları 40% artıb.

İranda 84%-ə qədər zənginləşdirilmiş uranın tapılması BMT tərəfindən şərh edilib. Onlar qeyd ediblər ki, bu məlumatın düzgünlüyünü yoxlaya bilmirlər, lakin İslam Respublikasını daha əvvəl BAEA ilə əldə edilmiş bütün razılaşmaları yerinə yetirməyə çağırıblar.

Xatırladaq ki, fevral ayında BAEA missiyası İranda 84%-ə qədər zənginləşdirilmiş uranı aşkar etmişdi. Tehran bunun doğru olmadığını qeyd edib.

***

Onu da qeyd edək ki, bu günlərdə İsrailin Müdafiə Naziri Yoav Qalant da həyəcan təbili çalaraq bildirib ki, İran nüvə silahı yaratmağa yaxınlaşır.

Nazir diqqətə çatdırıb ki, İsrail tərəfi İranın nüvə silahı əldə etmə ehtimalına qarşı çıxmaq üçün 50-dən çox ölkə ilə danışıqlar aparır.

"İsrail İran tərəfinə bütün variantların danışıqlar masasında olduğunu izah etməlidir", - deyə Qalant vurğulayıb.

Qeyd edək ki, hələ 2021-ci ildə İsrailin İranın nüvə obyektlərinə hücuma hazırlıq məqsədilə orduya 1,5 milyard dollar vəsait ayırdığı bildirilirdi.

"İsrail müharibə istəmir, amma İranın nüvə silahına sahib olmasına imkan verə bilmərik. Bu ölkənin nüvə proqramları çərçivəsindəki fəaliyyətini müşahidə edərək hərbi əməliyyatlar da daxil, bütün ssenarilərə hazırlaşırıq" – deyə İsrailin təhlükəsizlik xidmətində çalışan rəsmilərdən birinin belə söylədiyi açıqlanmışdı.

İsrailin hərbi ekspertləri isə qeyd edirdilər ki, İran nüvə silahı əldə etməyə yetəcək qədər uranı cəmi bir ay

ərzində əldə edə bilər, ancaq həmin silaha - ballistik raketə quraşdırılacaq döyüş başlığı da lazımdır. Bu başlığı isə 18-24 aya hazırlamaq olur.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN