booked.net booked.net  

UNESCO-nun mütəxəssisləri dünyanın müxtəlif ölkələrində məktəblərdə mobil telefonların qadağan edilməsinə çağırıblar.

Tezadlar.az "The Guardian"a istinadən yazır ki, araşdırmalar smartfon istifadəsi ilə qiymətlərin düşməsi arasında əlaqə olduğunu göstərib.

Təşkilatın hesabatında qeyd olunur ki, müasir texnologiyalar milyonlarla insana təhsil almağa imkan verib, lakin onlar müəllimlərlə ünsiyyəti tamamilə əvəz etməməlidir. Təhsil müəssisələrində rəqəmsal texnologiyalardan həddindən artıq istifadə uşaqların diqqətini yayındıra bilər ki, bu da diqqətə mənfi təsir göstərir. Nəticədə, məktəblilərin performansı aşağı düşür.

Həmçinin, smartfonların uzun müddət istifadəsi insanın özünü idarə etməsinə, emosional sabitliyinə mənfi təsir göstərə bilər. Mütəxəssislər onu da qeyd edirlər ki, rəqəmsal dünyaya daimi məruz qalma narahatlıq və depressiyanı artıra bilər.

YUNESKO-nun hesablamalarına görə, hazırda hər altı ölkədən yalnız birində məktəblərdə telefondan istifadə qadağandır. Statistikanın özü dünyanın 200 ölkəsində təhsil sistemini öyrəndikdən sonra ortaya çıxıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA