booked.netbooked.net booked.net  

“WhatsApp “ daim yeni yeniləmələr və funksiyalar alır və buna görə də köhnə cihazlar onlarla “ayaqlaşa bilmir”.

 Messencerin tərtibatçıları xəbərdarlıq ediblər ki, qarşıdan gələn yeniləmə ilə mobil proqram 5.0-dan aşağı olan Android smartfonlarında fəaliyyətini dayandıracaq.

 “24 oktyabr 2023-cü il tarixindən etibarən yalnız Android ƏS (əməliyyat sistemi - RED) 5.0 və daha yüksək versiyaları dəstəklənəcək”, - deyə yenilənmiş “WhatsApp dəstək”  səhifəsində deyilir.

 Belə ki, oktyabrın 24-dək “WhatsApp” istifadəçiləri smartfonunda əməliyyat sistemini yeniləməli, Android 5.0 və ya daha yeni versiya dəstəklənmirsə, yeniləmə haqqında düşünməlidirlər. Nəzərinizə çatdıraq ki, “WhatsApp”  xidmətləri bu cihazlarda əlçatan olmayacaq.

 

Məsələn, siyahıda:

Samsung Galaxy Note2;

Samsung Galaxy S2;

Samsung Galaxy Nexus;

Samsung Galaxy Tab 10.1;

HTC One;

HTC Desire HD;

HTC Sensation;

LG Optimus 2X;

Nexus 7;

LG Optimus G Pro;

HTC One;

Sony Xperia Z;

Sony Xperia S2;

Sony Ericsson Xperia Arc3;

Motorola Xoom;

Motorola Droid Razr  mobil telefonların  adları var.

Bu arada, iPhone sahibləri daha şanslıdır, çünki onlar üçün şərtlər dəyişməyib - optimal "WhatsApp" işləməsi üçün hələ də iOS əməliyyat sisteminə əsaslanan iPhone lazımdır.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN