booked.netbooked.net booked.net  

Çin də karantin qaydalarını yeni ilin ilk günlərindən ləğv edəcək, bəs Azərbaycanda quru sərhədlər nə zaman açılacaq?

 

***

Çinin ölkəyə gələnlər ilə bağlı karantin qaydalarının yanvarın 8-dən etibarən ləğvi qərarından sonra digər dövlətlərdə də quru sərhədlərin açılması məsələsi gündəmə gəlib. 2023-cü ildə dünyada yoluxma sayının azalması gözlənildiyindən bu qlobal ticarətə də təsirsiz ötüşməyəcək.

Bu fikri millət vəkili Vüqar Bayramov bildirib.

O, qeyd edib ki, Azərbaycanda quru sərhədlərin açılması, eyni zamanda qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq, çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur.

“ Nəzərə alsaq ki, yoluxma sayında azalmalar müşahidə olunsa da, son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Bu kontekstdən quru sərhədlərin açılması ilə bağlı qərar birbaşa, xüsusən də quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayından asılıdır”, -deyə diqqətə çatdırıb.

Millət vəkili vurğulayıb ki, ölkəyə gələn turistlərin böyük qismi quru sərhədlərimizin olduğu ölkələrdən gəlir və bu sərhəd açılarsa, iqtisadiyyata da müsbət təsir göstərər.

“Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, Azərbaycana gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu eyni zamanda, Azərbaycan vətəndaşları üçün daha asan qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir. Amma iqtisadi məsələ olmaqla yanaşı, təbii ki, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır. 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması Azərbaycanda da quru sərhədlərin açılmasını xeyili tezləşdirə bilər”, -deyə bildirib.

***

Xatırladaq ki, koronavirus  2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı.

Azərbaycanda isə ilk dəfə bu xəstəlik 28 fevral 2020-ci ildə Rusiya Federasiyasının vətəndaşında aşkarlanıb. Belə ki, həmin şəxs İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub.

Və 2020-ci ilin martından ölkənin quru sərhədləri bağlıdır.

Onu da nəzərə çatdıraq ki, qonşu Gürcüstan ölkənin quru sərhədlərini 2021-ci il iyunun 1-dən açıb.  Azərbaycanın Gürcüstan ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır.

Quru sərhədləri açıq olan Gürcüstan hazırda turizmdən böyük məbləğdə gəlir edir. Məsələn,  Gürcüstanda cari ilin 8 ayı ərzində turizmdən əldə olunan gəlir 1,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 3 dəfə çoxdur.

 

JASMİN

Pin It

Bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir.
Pin It

Qazaxıstan prezidentinin mətbuat xidməti Kasım-Jomart Tokayevin 2022-ci il üzrə fəaliyyətinin nəticələrini dərc edib.

Pin It

Azərbaycan zəngin mədəni irsə, bir çox təbii və tarixi abidələrə malikdir, bu isə onu turistlər üçün cəlbedici məkana çevirir.

Pin It

 Sağlamlıq və təhlükəsizlik xidmətləri şirkəti olan International SOS 2023-cü il üçün ölkələrin turistlər üçün təhlükəsizliyinə dair reytinq proqnozunu tərtib edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN