booked.net booked.net  

Azərbaycan zəngin mədəni irsə, bir çox təbii və tarixi abidələrə malikdir, bu isə onu turistlər üçün cəlbedici məkana çevirir.

Bu fikri Dünya Biznes Mələkləri İnvestisiya Forumunun icraçı sədri, G20 Maliyyə Daxiletmə Qlobal Tərəfdaşlığının (GPFI) tərəfdaşı Baybars Altuntaş ölkəmizdə kiçik və orta biznesin (KOB) inkişaf istiqamətlərindən, qeyri-neft sektoruna aid olan  perspektivli sahələrdən danışarkən bildirib.

Altunbaş qeyd edib ki, Azərbaycanda turizm sektorunu inkişaf etdirmək üçün bütün imkanlar var.

“Azərbaycan dedikdə ağla ilk gələn sahələrdən biri də turizmdir. Ölkəniz zəngin mədəni irsə, bir çox təbii və tarixi abidələrə malikdir, bu isə onu turistlər üçün cəlbedici məkana çevirir. Sahibkarların yerli sənətkarlıq və turizm şirkətləri ilə əməkdaşlıq şəraitində kafe və restoran biznesi ilə məşğul olmaq imkanları var”, -deyə bildirib.

O, həmçinin ölkəmizdə İT sahəsinin də yaxşı inkişaf etdiyini və bu sahədə də biznes qurmaq imkanlarının böyük olduğunu dilə gətirib.  

“Daha bir sahə informasiya texnologiyaları sektorudur. Azərbaycanda informasiya texnologiyaları sektoru inkişaf edib, ona görə də sahibkarların proqram təminatı hazırlayan, bu sahədə konsaltinq xidmətləri göstərən şirkətlərlə biznes qurmaq imkanları var. Sahibkarlar tədris mərkəzləri və təhsil müəssisələri aça bilərlər. Ümumiyyətlə, Azərbaycanda sahibkarlar hansı sektora diqqət ayıracaqlarını seçərkən yerli bazar tələbini və ölkənin rəqabət üstünlüklərini nəzərə almalıdırlar”, -o, diqqətə çatdırıb.

***

Xatırladaq ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib.

Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Məqsəd isə KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN