booked.netbooked.net booked.net  

Onları xüsusi baytarlar müayinə edəcək, hətta rentgen və UZİ-dən də keçiriləcəklər...

Dərbənddə evsiz heyvanlar da öz yuvalarına sahib olacaqlar.

Şəhərdə 180 yerlik pişik və itlər üçün sığınacaq tikilir.Bura  küçədə olan hər bir heyvan qəbul edəcək. Dağıstan hökuməti Dərbənddə evsiz heyvanlar - pişiklər və itlər üçün ayrıca bölmələri olan sığınacaq tikildiyini elan edib.

Amma obyektin tikintisi 60 milyon rubldan çox başa gələcək, vəsait rayon və şəhər büdcəsindən ayrılıb. Qeyd olunur ki, yeni sığınacaqda 180 baş heyvan yerləşdiriləcək.

Binanın içərisində heyvanları müayinə edəcək, yaraları müalicə edəcək və əməliyyatlar aparacaq baytarlıq kabinetləri də yaradılacaq.

Həmçinin rentgen və ultrasəs aparatları da veriləcək.Həmin sığınacaq təkcə Dərbənd üçün deyil, digər ərazilər üçün də nəzərdə tutulub.

Heyvanları sevmək, onları qorumaq o qədər humanist addımdır ki, bu ideyanı alqışlamamaq olmur.

Lakin dünyada 100 minlərlə, bəlkə də daha çox (ümumi və dəqiq statistik məlumatlar yoxdur) insan var ki, onlar küçələrdə, parklarda, binaların bloklarında, karton qutularda, hətta kanalizasiyalarda gecələyirlər.

Onların hamısı narkoman, içki düşkünü... deyil. Hansı ki, bu insanlar küçədə, meşədə, parklarda... yaşamaq üşün dünyaya gəlməyiblər.

Və heyvanlardan fərqli olaraq şaxtaya, soyuğa... dözümləri yoxdur. İnsan olduqları üçün evə, ocağa daha çox ehtiyacları var...

Çox yaxşı olardı ki, beyinlərdə, qəlblərdə... kök salmış bu heyvansevərlik humanistliyi küçədə yatan evsiz insanlara münasibətdə də  özünü göstərsin...  

 

JASMİN  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN