booked.netbooked.net booked.net  

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən zəlzələlərdə dağılan şəhərləri bir il ərzində bərpa edəcəkləri vədini verdiklərini və 650 min ev tikib sahiblərinə təhvil verməyi planlaşdırdıqlarını bildirib.

TEZADLAR.AZ xəbər verir ki, Prezident Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Türkiyə Böyük Millət Məclisində (TBMM) qrup toplantısında çıxış edib.

Türkiyənin fevralın 6-da son əsrin ən dəhşətli fəlakəti ilə qarşı-qarşıya qaldığını vurğulayan Ərdoğan deyib:

“Yerdən 7 kilometr kimi çox yaxın məsafədə və sıx yaşayış yerlərinin olduğu bölgələrdə baş verən zəlzələlərin gücü oxşar maqnitudalı zəlzələlər ilə müqayisə olunmayacaq dərəcədə güclü olub”. 

Türkiyenin sərt qış şəraitində zəlzələ ilə üzləşdiyini vurğulayan Ərdoğan buna baxmayaraq dövlət və millət olaraq fəlakət xəbərini alan kimi dağıntı və qışın çətinliklərini dəf edərək zəlzələ bölgəsində olduqlarını bildirib:

“Bizim vəzifəmiz ürəkləri sakitləşdirmək, ağrıları bölüşmək, yaraları sağaltmaq və başda evlər olmaqla maddi itkilərin aradan qaldırılmasıdır. Millətimizə sözümüz var ki, zəlzələ nəticəsində dağılmış şəhərlərimizi bir il ərzində bərpa edəcəyik. Gələn il 650 min ev tikib evi dağılanlara təhvil verməyi planlaşdırırıq”. 

Dövlət başçısı "Son 20 ildə istifadəyə verdiyimiz 1 milyon 180 min kütləvi yaşayış evi və tikdiyimiz 3,3 milyon yeni şəhərsalma layihəsi vədimizə əməl edəcəyimizin zəmanətidir" ifadələrdən istifadə edib.

TRT

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN