booked.netbooked.net booked.net  

  Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov bəyan edib ki, Ermənistanın fevralın 1-dən etibarən Roma Əsasnaməsini qəbul etməsi

və Beynəlxalq Cinayət Məhkəməsinə (UCM) üzv olması ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək, “Bu məsələ (UCM-nin Rusiya prezidenti Vladimir Putinin tutulması ilə bağlı qərarı) ilə əlaqədar erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir” deyib.

  D.Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada Ermənistanın fevralın 1-nə olan UCM-yə rəsmi üzvlüyünə münasibət bildirib.

  Rusiya prezidenti V.Putinin Ermənistana səfərinin UCM qərarına görə mümkün olub-olmaması ilə bağlı sualı cavablandıran Peskov Ermənistanın UCM-də iştirakının ikitərəfli münasibətlərə mənfi təsir göstərəcəyini bildirərək deyib: "Təbii ki, Ermənistanın bu beynəlxalq statusa qoşulması ilə bağlı yeni faktın ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməməsi mümkün deyil. Bu məsələ ilə bağlı erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Çox güman ki, ikitərəfli dialoq çərçivəsində bu məsələ həll olar. Biz bunu istəyirik.”

  Xatırladaq ki, Ukraynada törədilmiş cinayətlərlə bağlı istintaqa əsasən, UCM 2023-cü ilin martında Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Hüquqları üzrə müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın “hərbi cinayətlər törətdiklərinə görə” həbslərinə order verib və bu qərarın ömür boyu etibarlı olduğunu bəyan edib.

  Dmitri Peskov UCM-nin qərarı ilə bağlı açıqlamasında məsələnin formalaşdırılmasının "rüsvayçı" və "qəbuledilməz" olduğunu bildirib və deyib: "Rusiya bu məhkəmənin yurisdiksiyasını tanımır. Ona görə də bu qəbildən olan istənilən qərar Rusiya Federasiyası üçün hüquqi cəhətdən etibarsızdır".

  Qeyd edək ki, Ermənistan parlamenti 2023-cü ilin oktyabrında UCM-nin Roma Əsasnaməsini təsdiqləyib və bununla Ermənistan fevralın 1-dən rəsmən UCM-nin üzvü olub.

  Ermənistanın baş naziri Nikol Paşinyan “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib ki, onun V.Putini həbs etmək səlahiyyəti yoxdur və həbs qərarı qanuni çərçivədə Ermənistan məhkəmələri tərəfindən həll edilməlidir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN