booked.netbooked.net booked.net  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gedib.

 TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan burada “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusunda keçiriləcək Dünya Hökumətləri Zirvə Toplantısında fəxri qonaq qismində iştirak edəcək.

  Tədbirdə 25-dən çox dövlət və hökumətin başçısı, 120 nümayəndə heyəti, 85-dən çox beynəlxalq və regional təşkilat təmsilçiləri, ekspert, alim və digər rəsmilər olmaqla 4 mindən çox iştirakçı var.  

  Dünya Hökumətləri Sammiti çərçivəsində 6 əsas mövzu altında keçiriləcək 15 paneldə gələcək qlobal transformasiyalar müzakirə edilir.

  Tədbir zamanı R.T.Ərdoğanın iştirakçı ölkələrdən olan həmkarları, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd ibn Zayed əl-Nəhyan ilə ikitərəfli görüşləri olacaq.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN