booked.netbooked.net booked.net  

Fransa prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsi zonasına qərb qoşunlarının göndərilməsi barədə mülahizələri üçüncü dünya müharibəsi təhlükəsi yaradır.

TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyyarto bildirib.

Belə ki, Peter Siyyarto “Kossuth” radiostansiyasının proqramında çıxışı zamanı Fransa prezidentinin Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyü barədə bəyanatını tənqid edib: “Öz qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü müzakirə edən qərbli siyasətçilər NATO ölkələrinin ümumi qərarını pozur. Fransa prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsi zonasına qərb qoşunlarının göndərilməsi barədə mülahizələri üçüncü dünya müharibəsi təhlükəsi yaradır.

Əvvəlcə Qərbi Avropa Ukraynaya yalnız kaskalar göndərirdi, sonra döyüş sursatı, atıcı silahlar, raketlər, indi isə bəzi qərbli siyasətçilər artıq quru qoşunlarının göndərilməsindən danışır. Bu, bizim indiyədək qəbul etdiyimiz qərarlarla tam ziddiyyət təşkil edir. 2022-ci ildə NATO-ya üzv dövlətlər tərəfindən alyansın vuruşmayan tərəf olması və NATO ilə Rusiya arasında münaqişədən çəkinmək üçün zəruri olan hər şeyi etmək barədə qərar qəbul olunmuşdu. Qoşunların göndərilməsindən danışan qərbli siyasətçilər NATO-nun bu qərarını pozurlar.

  Macarıstan bu məsələ ilə bağlı qəti mövqe tutur: o Ukraynaya silah və ya hərbi qulluqçu göndərməyəcək. İnsan həyatı yalnız atəşkəs və sülh danışıqları yolu ilə xilas edilə bilər. NATO müdafiə alyansıdır, kiməsə hücum etmək onun səlahiyyətlərinə daxil deyil", -deyə nazir bəyan edib.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN