booked.netbooked.net booked.net  

 ... Ölkəmizdən xaricdə məskunlaşan elə həmyerlilərimiz var ki, xalqımıza düşmən kəsilən siyasi qüvvələrin əlində oyuncağa çevriliblər və onların göstərişləri ilə, bəd əməllərini, xoşagəlməz hərəkətlərini getdikcə daha da böyüdərək, hətta milli maraqlarımıza, dövlət başçısının siyasətinə qarşı yönəltməkdən belə çəkinmirlər.

Özü də, qanunsuzluqlarla və digər xoşagəlməz hallarla zəngin olan istədiklərini, “Burada mənəm, Bağdadda kor xəlifə” prinsipini üstün tutmaqdan çəkinməyərək, çox fərasətsiz şəkildə həyata keçirirlər.

 Ümumiyyətlə, məhz belə  xoşagəlməzliklərə görədir ki, xalq olaraq mənəvi zərbələri təkcə düşmənlərimizdən deyil, həm də «sapı özümüzdən olan belə baltalar»dan  alırıq. Torpaq itkilərimizin, faciələrimizin çoxsaylı səbəbləri sırasında da, milli xəyanət amilini də zaman-zaman ürəkağrısı ilə etiraf etməli olmuşuq. Bəli, Azərbaycanda boya-başa çatanların, onun çörəyi və suyu ilə qidalanan, havasını udanların, ad-san, şan-şöhrət, sərvət sahibi olanların bu torpağa, Vətənə xəyanətkar münasibətinə zaman-zaman rast gəlmişik. Bu «üzdəniraqlar» təkcə  anti-milli düşüncə ilə deyil, həm də şübhəli erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq, bütün gunahları azərbaycanlıların üzərinə atmaq kimi manqurt mövqeyi nümayiş etdirmişlər.

       Yuxarıda deyilənlərin əsas sübutu kimi, ziddiyyətli və riyakar mövqeli Anar Rafiq oğlu Rzayevin bəd əməllərindən açıq-aydın görünənləri göstərmək kifayət edir. Doğrudan da, xaricdəki bu adamın son vaxtlar Azərbaycandakı reallıq və həqiqətləri danmaq yolu ilə fərqlənmək kimi bədniyyətli əməllərini kənardan, hətta müşahidə etmək belə kifayət edir ki, onun qeyri-ciddi, mənafeyindən uzağı görməyən xəstə təxəyyül daşıyıcısı olduğunu görəsən. Onun da, digərləri kimi, Azərbaycana qarşı xaricdəki barışmaz düşmən mövqelilərin "toruna düşdüyü" danılmazdır və sanki onların əli altında fəaliyyət göstərməkdən "həzz alır". Bunu, onun, gündəlik həyatımızın bir hissəsini təşkil edən internetdən və sosial şəbəkələrdən istər fərdi paylaşımlarla, istərsə də qrup və ya toplum səhifələrində paylaşımlarla söyüş və təhqiramiz fikirlər, şərhlər yazmaqla, həmin qüvvələrin əllərində alət kimi bir çox iyrənc məqsədlər üçün necə istifadə edilməsi də təsdiqləyir. 

         Anar Rzayev də, xaricdəki bir çox həmyerlilərimiz kimi, sosial şəbəkələrdə Azərbaycana, onun Prezidentinə qarşı əxlaqsızlıq nümayiş etdirir. Azərbaycan gücləndikcə, Prezident İlham Əliyevin müstəqil siyasəti dəstək qazandıqca, o da, digərləri kimi, bu hücumlarını daha da artırır. Amma başa düşmək istəmir ki, Azərbaycana qarşı istənilən çirkin kampaniya iflasa məhkumdur. Çünki Ulu Öndər Heydər Əliyev bu dövləti yaradanda, onun fundamentini çox möhkəm qoyub. Ona görə də, həmin çirkin qüvvələr bilməlidirlər ki, bu dövləti sarsıda bilməzlər, Azərbaycan öz inkişaf yolu ilə daim irəli gedəcək. Azərbaycan Prezidentinin xalqa xidməti göz önündədir. Dövlət başçısının aztəminatlı ailələr, məcburi köçkünlər, şəhid ailələri, gənclərə göstərdiyi diqqəti hər kəs görür. Bütün bunları görə-görə, axı, dövlət başçısını necə təhqir etmək olar?! Həyəcan dolu bu sualın cavabı budur: Deməli, bu da, ölkəmizin xaricdəki düşmənlərinin məkrli planlarının tərkib hissələrindən biridir.

 ...Bəli, xaricdə yaşayan, Azərbaycan dövlətçiliyi əleyhinə ağzına və ağlına gələn hədyanları söyləyən, milliyəti özümüzünkündən - azərbaycanlı olan Anar Rzayev adlı bu şəxs dövlətimizin başçısına qarşı təhqirləramiz ifadələr işlədir. Söyüşü adi bir hala çevirib. Söhbət şərəf və ləyaqətin təhqir olunmasından gedir. Azərbaycandan hansısa yollarlasa xarici ölkələrə keçməyi bacaran naşükür, nadürüst, utanmaz, həyasız və ağılsız ünsürlərdən olan anarkimilər başa düşməlidirlər ki, dünyada bütün azərbaycanlıların bir Vətəni var- Azərbaycan! Millətinin, xalqının hansısa nümayəndəsi xaricdən doğma Vətənini müdafiə etmirsə, deməli, o insanın özünün zatında, kökündə və mayasında bir qarışıqlıq və haramzadalıq var. Azərbaycandan qaçqın adıyla xarici ölkələrə gedən bu məkrli, savadsız və ermənipərəst ünsürlər başqalarının qoltuqlarına girərək, iblis donu geyiblər. Sanki özlərindən xəbərləri yoxdur - nə kişi kimi kişi, nə də qadın kimi qadın həyatlarının olduğunu da bilmirlər. 

     Anarkimilərə sözüm budur ki, özlərində olmayan qeyrət və vicdanın adını çəkməsinlər. Hansısa qeyri-millətdən olan insanların xaricdə öz vətənlərinə qarşı nə qədər doğma yanaşdıqlarının şahidi olduqda, içimdə “sapı özümüzdən olan baltalar”a qarşı sonsuz nifrət hissi oyanır və onları dünya üzündən silmək istəyirsən. 

     Dövlət başçısına qarşı təhqirlər, böhtanlar səsləndirən şəxslərə qarşı sərt cəza tətbiq edilməlidir. Azərbaycan Prezidentini təhqir etmək, əslində, öz xalqını, dövlətini təhqir etmək deməkdir. Ona görə də, hər kəsin vətəndaşlıq borcudur ki, dövlətinin, onun başçısının qürurverici adını, əzəmətli şərəfini göz bəbəyi kimi qorusun. Bu oyunbazlar yaxşı bilirlər ki, bu yolla nəyəsə nail ola bilməyəcəklər. Ona görə də, təhqirə, böhtana keçiblər. O insan ki, başqasının ailə üzvünü təhqir edir, deməli, heç özününkünün də qədrini bilmir.

***

 ...Prezident İlham Əliyev Azərbaycanın sürətli inkişafının, təhlükəsizliyinin qarantıdır. Dövlət başçısına ünvanlanan təhqir- hər bir Azərbaycan vətəndaşına qarşı təhqirdir! Ona görə də, biz, bir yumruq kimi birləşməli, şərəf və ləyaqət barədə alçaldıcı ifadələr yayanlara qarşı daha sərt cəzanın vacib saydığımızı ortaya qoymalıyıq. Bir daha qeyd edirəm ki, dövlətimizin Cinayət Məcəlləsində buna aid bəndlər də var. Texnoloji imkanlar da şərait yaradır ki, həmin şəxslər müəyyən edilib, qanunvericiliyə uyğun cəzalandırılsın. Çünki artıq profilin saxta və ya gerçək olmasını müəyyən etmək də, çətin deyil. Bizim ölkəmizdə isə, bilməyənlər də bilməlidirlər ki, hətta bir neçə il öncə qanuna edilən dəyişikliklərlə təhqirə yol verən, saxta profillərlə nalayiq statuslar yazanların cəzası da məyyən edilib. Bu, belə insanlara, çirkin kampaniyalar təşkil edənlərə layiqli cavab olardı. Bir də ki, internet, sosial şəbəkə vasitəsilə ölkəmizə qarşı aparılan təhqir, böhtan kampaniyasına son qoyulması üçün, hüquqi bazanın təkmilləşdirilməsi vacibdir. Sosial şəbəkələr nəzarətdə saxlanılmalıdır və bunun üçün, çoxdan ehtiyac duyulan xüsusi mexanizm yaradılmalıdır. Daha çox, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri bu işlərə ciddi şəkildə qoşulmalıdırlar. Səfirliklər fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan dövlətinin əleyhinə təhqirlər yazan şəxslərlə bağlı məlumat hazırlayıb, həmin dövlətlərin hüquq-mühafizə orqanlarına təqdim etməlidirlər. Bəli, sosial şəbəkələrdə söyüş söyənlər ciddi cəzalandırılmalıdırlar. Konkret desək, təhqir və böhtan cəzasız qalmamalıdır və Anar kimi naxələfləri Azərbaycana gətirib, ömürlük həbsdə saxlamaq lazımdır. Biz də, vətəndaş olaraq, dövlət başçısına, deməli, Azərbaycana qarşı aparılan çirkin kampaniyaya qarşı ciddi mübarizə aparmalıyıq.

 Bu bir həqiqətdir ki, hazırda xaricdə yaşayan soydaşlarımızın sayı milyonlarla ölçülür və əlbəttə, onların bir çoxu yaşadıqları ölkələrin vətəndaşlarıdır. Aralarında bu ölkələrin daha böyük mövqelərə nail olan vətəndaşları da var. Yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi həyatında daha fəal rol oynayanların sayı da çoxdur. Əlbəttə, onların arasında koordinasiya işi aparılmalıdır ki, anarkimilərə qarşı birlik, həmrəylik nümayiş etdirə bilsinlər. Biz nəinki ölkə daxilində, elə, xaricdə də birlik nümayiş etdirə bilək. Çünki gücümüz -- birliyimizdədir! Azərbaycanımızın və millətimizin təəssübünü çəkməyi özlərinə namus və vicdan hesab edənlər çox istəyirlər ki, xaricdəki soydaşlarımız, onların ətraflarında birləşdikləri 500-ə yaxın diaspor təşkilatları da bir nöqtəyə vurmağı bacarıb, belələrinə qarşı birləşə bilsinlər. Belə olan halda, onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət-izzət də artar. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin.

*** 

  ... Ölkəmizdəki durumun həmişə təhlilini analiz edəndə, açıq-aydın görmək və hiss etmək olub ki, Azərbaycanımızda ictimai-siyasi vəziyyətin daim dalana dirənməsini görmək istəyən şimal və cənub qonşularımız tərəfindən, müstəqilliyini yenicə bərpa edən dövlətimizə, onun rəhbərlərinə qarşı siyasi müstəvidə tarixən formalaşdırılan başqa çalarlar və detallar mövcud olub və bu gün də, onların varlığı danılmazdır. Elə, Anar Rzayev kimi, "sapı özümüzdən olan baltalar" da, onlardan biridir. Düşmən qüvvələrin onları bir alət olaraq ölkəmizə qarşı iyrənc təzyiq vasitəsi kimi istifadə etməsi hamıya məlumdur. Bu təzyiq vasitələri dövlət səviyyəsində birdəfəlik həll edilmədikcə, onların Azərbaycanımıza qarşı məkrli niyyət və hiylə dolu planlarının iyrənclikləri daha çox hiss olunmağa başlayır. Çünki onların dövlətimizin əleyhinə olan siyasətində, baş rolda Anar Rzayev kimi "sapı özümüzdən olan baltalar" can-başla iştirak edirlər. Neçə ki, onlar zərərsizləşdirilməyib, elə, bizə qarşı da olacaqlar. Konkret desək,  bizim maraqlarımız daim gərginlikdə, hətta təhlükədə olacaq. 

Bir də ki, iki yad ünsürdən formalaşdırılan bir aləti zərərsizləşdirmək çox asandır. Elə, "sapı özümüzdən olan baltaları" da. Sadəcə, "sapını çıxarıb, kənara atmaq", - əvvəlcədən qeyd etdiyim kimi, onu həbs edib, ölkəmizə gətirmək vacibdir, kifayətdir. Di gəl ki, xarici ölkələrdəki anarabənzərlərimiz müalicəyə tabe olmayan sağalmaz xəstəlik kimidirlər. Ona görə, xaricdəki vətənpərvər soydaşlarımız da hesab edirlər ki, müalicəyə tabe olmayan sağalmaz xəstəliyin təzahürü olan bir şiş təsiri bağışlayan Anar kimiləri, ölkəmizin simasından kəsib, atmağın zamanı çoxdan çatıb. 

   Sonda onu da deyim ki, doğrudan da, bu yazdıqlarım, çox dərin bir mövzudur. Ona görə də, bu dəfə, çox qısa bir münasibətimi qələmə aldım. Məni narahat etdiyindən, bu mövzu daim diqqətimdə olacaq. Çünki bu yazıda daha çox qabartmağa cəhd etdiyim epizodlar da onu göstərir ki, bütün bunlar xaricdəki düşmən qüvvələrin Azərbaycanı parçalamağa yönəltdikləri və sosial şəbəkə qırğılarının qorxusundan heç kəsin etiraf etmək istəmədiyi çirkin bir siyasətin tərkib hissəsidir…

Təqdim etdi: A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN