booked.netbooked.net booked.net  

Rusiya “İctimai Rəy” Fondunun (İRF)  sorğusuna əsasən, rusiyalıların əksəriyyəti Sovet İttifaqının 1991-ci ilin sonunda dağılmasından təəssüflənir.

Bu barədə ”interfaks“ məlumat yayıb.

Belə ki, respondentlərin 62%-i  (demək olar ki, üçdə ikisi) SSRİ-nin dağılmasına görə təəssüf hissi yaşayır. Bu, daha çox 46-60 yaşlı insanlar (82%) və  60 yaşdan yuxarı yaşlılardadır (76%). 32-45 yaşlı şəxslərin 56%-i  Sovet İttifaqının mövcudluğuna son qoyulduğuna görə təəssüflənir. SSRİ dövründə yaşamayan gənclərin də peşmançılığı var - 18-30 yaşlı rusiyalıların 28%-i.

Hər yaşdan olan rusiyalılar arasında 21%-i isə  SSRİ-nin dağılmasına görə təəssüflənmir.

Respondentlərin 45%-i əmindir ki, Rusiya Sovet İttifaqının dağılmasına görə uduzub, 32%-i  isə bu fikrin əksinə düşündüyünü bildirib.

Keçmiş sovet respublikalarının birləşmə ehtimalına gəlincə, rusiyalıların 6%-i yaxın gələcəkdə bunu mümkün hesab edir, hər onda biri (10%)  əksəriyyətinin birləşə biləcəyini ehtimal edir,  29%-i bəzi respublikaların birləşə biləcəyini düşünür.

 Demək olar ki, hər ikinci sorğu iştirakçısı (47%)  birləşməyə inanmır.

Vətəndaşların 52%-nin SSRİ-ni yenidən yaratmaq arzusu var, 31%-ində isə yox.

Eyni zamanda, respondentlərin demək olar ki, dörddə üçü (74%) əmindir ki, 30 il əvvəl dağılmış vahid dövləti bərpa etmək mümkün deyil,  yalnız 17 faizi belə bir ehtimalı etiraf edir...

 

TƏQDİM ETDİ: JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN