booked.netbooked.net booked.net  

Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin "TƏZADLARA"a verdiyi məlumata əsasən, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar  yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. 

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

Bakıda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-5° isti olacaq. 

Atmosfer təzyiqi  766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət 80-90 % olacaq.


Tibbi-meteoroloji proqnoz

Dekabrın 24-də Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün  əlverişsizdir. 



Azərbaycanın rayonlarında 

Bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, duman olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə  4° şaxtadan 1°-dək isti, gündüz  3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz  2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var. 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN