Saxta yollarla COVID-19 pasportu əldə etməyə çalışan, bu işdən gəlir mənbəyi kimi istifadə edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti belə tədbir nəticəsində müəyyən edilib ki, Lerik rayon sakini Eminəli Həşimov Bakı şəhərinin ərazisində yaşayan həmyerlilərini 40 manat müqabilində vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməklə həmin şəxslərə guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportları satıb.

Həyata keçirilən əməliyyat zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan Eminəli Həşimov, eləcə də özü və 2 nəfər ailə üzvü üçün 3 ədəd saxta COVID-19 pasportu alan Araz Əmrəliyev iş başında saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Eminəli Həşimov Lerik rayonundan Bakı şəhərinə gələrək burada yaşayan, lakin qeyd edilən rayonda qeydiyyatda olan 79 şəxsin adına tərtib olunan saxta COVID-19 pasportunu özü ilə birlikdə gətirib.

Bu şəxsdən həmin pasportlar aşkar olunaraq maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Eminəli Həşimovun üzərində olan mobil telefondan saxta pasport hazırlamaq üçün Lerik rayonunda qeydiyyatında olan 300-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqələrin şəkili, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır.

"Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi və DİN-in sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilmələrini xahiş edir", - deyə Mətbuat Xidmətindən bildirilib.


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA