Xəbər verdiyimiz kimi, oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Görüşdə əslən Füzuli rayonundan olan tanınmış ictimai-siyasi şəxslər, mədəniyyət xadimləri iştirak ediblər. Dövlət başçısı ilə görüş üçün seçilərək dəvət alanlar arasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev də olub.
U. Mirzəyev Azərbaycan KİV-lərinə müsahibəsində dövlət başçısı və birinci xanımla görüşü barədə danışıb, Azərbaycan Prezidenti ilə söhbəti zamanı verdiyi təkliflərdən söz açıb və ümumilikdə görüşlə bağlı təəssüratlarını bölüşüb. BAMF prezidenti işğal dövründəki 30 il ərzində bir an da olsun dayanmadığını, torpaqların işğaldan azad olunacağına inandığını və bu yöndə bacardığı qədər çalışdığını deyərək, Füzulidə keçirilən təməlqoyma mərasimində bir füzulili olaraq iştirak etdiyi üçün özünü şanslı hesab etdiyini bildirib.
U. Mirzəyevin sözlərinə görə, səmimi keçən görüş zamanı Prezidentin sözlərində, simasında bir əzm, bir qətiyyət hiss edib: “Bu əzm və qətiyyəti biz bir il öncə müharibə gedən zaman da görürdük. O zaman dövlət başçısı bütün təzyiqlərə baxmayaraq, müharibədə qələbə çalmaq, sona qədər getmək əzmində idi. Bu gün isə o, azad edilmiş torpaqları yenidən bərpa etmək, dirçəltmək əzmindədir. Əminəm ki, Prezidentin ortaya qoyduğu qətiyyət tezliklə öz bəhrəsini verəcək, Füzuli sakinləri, Qarabağ sakinləri doğma yurd-yuvalarına qayıdacaqlar”.
U. Mirzəyevin fikirləri və təəssüratları ərəb mediasının da diqqətini cəlb edib. Ərəb dünyasına daxil olan 20-dən artıq aparıcı və nüfuzlu mətbu orqanı BAMF prezidentinin səfər təəssüratına geniş yer verib. Onlar BAMF rəhbərinin Azərbaycan Prezidenti ilə görüşü barədə yazaraq, nəzərdə tutulan bərpa və quruculuq planlarını qeyd ediblər. U. Mirzəyevin fikirlərini işıqlandıranlar arasında Misirin alqraralaraby.com, alwasela.com, rayetmisr.com, elsaanews.com, news.albousla.ps, algornalgy.com, culturenews.info, həmçinin Misirin ingilis dilli ən qədim və etibarlı qəzetlərindən biri olan egyptian-gazette.com;Sudanın alwaginews.com, sinopanorama.net, businessnowsd.com,
sudanindependent.com, elhorreya.com, selunews.com, sdnewsnetwork.com, İraqın mustaqila.com, agnaden.net və Əlcəzairin alharir.info mətbu orqanları da var.
Bundan əlavə, Pakistanın nüfuzlu DND agentliyi də BAMF prezidentinin fikirlərinə geniş yer ayırıb.
Gülnar Səlimova