Özünü “Şəhidlik uğrunda” qəzetinin təsisçisi kimi təqdim edən Vüqar Abbasovun və “Korrupsiyaya Son” qəzetinin redaktoru kimi təqdim edən İbrahim İsmayılovun Tovuz rayonunda müxtəlif vəzifəli şəxslərə müraciət edərək onlardan müxtəlif bəhanələrlə pul istəmişlər.

Onların tələblərini rədd edən şəxslərə hədə-qorxu gələrək onları təhqir etmələri barədə məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılmışdır. Baş Prokurorluqdan "Təzadlar"a verilən məlumata görə, yoxlama nəticəsində toplanmış sübutlar əsasında Vüqar Abbasova prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilmiş, İbrahim İsmayılovun barəsində isə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmiş, məhkəmə qərarı ilə barəsində inzibati həbs tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu bu kimi qanun pozuntularına yol verən şəxslərə barələrində sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir, eyni zamanda vətəndaşları bu cür şəxslərə qarşı ayıq sayıq olmağa çağırır.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 21 September 2021
By Elçin Məmmədli
IMAGE
KIRIK KODLAR
Monday, 30 November -0001
By Salih KURT

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA